"Qışlaq problemi olduğundan qoyunların sayı azalır"
Lerikdə əsas təsərrüfat sahələrindən biri də heyvandarlıqdır. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mahmud Zahidov deyir ki, Lerikdə həm ailə, həm də kəndli-fermer və şəxsi təsərrüfatlarda 2022-ci ilin 1 yanvar tarixinə 38,9 min qaramal, 112,1 min baş davar olmuşdur: "2021-ci ildə 5 min 491,4 ton ət, 23 min 961,2 ton süd, 218,4 ton yun istehsal edilmişdir. Ötən ildəkinə nisbətən məhsul istehsalında artım qeydə alınmışdır".
Lakin çox təəssüfləndirici haldır ki, rayon üzrə qoyun və keçilərin sayı 2,3 min baş azalmışdır. Bunun səbəbsiz olmadığını deyən direktor bildirdi ki, rayon dağlıq ərazidə yerləşdiyindən qoyunçuluqla məşğul olan fermerlər heyvanları qışlama zamanı Biləsuvar və Neftçala rayonlarının ərazisində yerləşən qışlaqlara aparırdılar:
"Lakin rayonumuza əvvəllər təhkim olunmuş 25 min 345 hektar qış otlaq sahələri bizdən alınaraq qonşu Biləsuvar, Neftçala və Cəlilabad rayonlarına verilmişdir. Ardınca Biləsuvar və Neftçala Rayon İcra hakimiyyətləri tərəfindən qış otlaq sahələrindən istifadəyə görə fermerlərlə bağlanmış icarə müqavilələrinə birtərəfli qaydada xitam verilmişdir. Nəticədə qoyunların baş sayında azalmalar baş vermişdir. Çünki bir çox fermerlər qoyun və keçilərini satmaq məcburiyyətində qalmışlar. Qarşısı alınmazsa, bu proses rayonumuzda tarixi ənənəsi olan qoyunçuluğun inkişafına mənfi təsir göstərməkdə davam edəcək. Rayonumuza yeni qış otlaq sahələri təhkim olunmalıdır".
Hazırda qoyunçuluqda yun qırxımıdır. İl ərzində rayonda mövcud olan qoyun və quzulardan orta hesabla 200-220 ton yun istehsal olunur. Bu yun isə xammal kimi başqa rayonlara satılır. Amma bəzən bu cür qiymətli məhsulu satmaq mümkün olmur. Odur ki, problemin həlli üçün rayonda yun qəbulu məntəqəsinin və yun emalı müəssisəsinin tikintisinə başlanmışdır. Yeri gəlmişkən qeyd edək ki, əvvəllər Lerikdə 600 nəfərdən çox qadının çalışdığı xalçaçılıq sexi olmuşdur. Rayonda istehsal olunan yundan gözoxşayan xalçalar toxunmuşdur. M.Zahidovun sözlərinə görə, yun emal edən müəssisənin tikilib istifadəyə verilməsi keçmiş ənənəni dirçəldəcək, yeni iş yerləri açılacaq:
"Bu müəssisədə turistlərin həvəslə alıb Azərbaycandan xatirə olaraq aparacaqları suvenir xalçalar toxuna bilməzmi?! Əlbəttə, toxuna bilər və hər cəhətdən faydalı olar. Onda yun kimi qiymətli məhsul da uzun illər lazımsız bir əmtəə kimi anbarlarda yığılıb qalmaz".
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Seyran CAVADOV,
"Azərbaycan"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
3 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
3 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
4 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
4 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 6 saat əvvəl
-
8 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq























