“Kənd toyuğu” hara, 2-ci növ ət hara?"
"Belarusdan iri qablaşdırmada, dondurulmuş halda gətirilib, Azərbaycanda təzədən qablaşdırılır".Bir müddət əvvəl Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası (APEPEA) vətəndaşlara müraciət edərək ölkə bazarlarında kütləvi şəkildə təklif olunan toyuqlara münasibətdə ehtiyatlı davranmalarını xahiş etmişdi.
Assosiasiyanın yaydığı məlumatda bildirilir ki, bu toyuqlar ölkəmizə Belarusdan idxal olunaraq pərakəndə ticarət nöqtələrində çox aşağı qiymətə - 1 kiloqramı 3-3,5 manata təklif olunur. Adətən, onların üzərində “Belarus kənd toyuğu” və eyni zamanda 2-ci növ olduğu qeyd edilir. “Kənd toyuğu” ifadəsi Azərbaycanda ən keyfiyətli toyuq ətinin nişanəsi sayılır – bunu ölkədə bilməyən yoxdur. Bu halda sual yaranır: “Kənd toyuğu” hara, 2-ci növ ət hara?
"Sualın cavabı çox aydındır: Belarusdan gətirilən bu toyuqlar yumurtadan kəsilmiş ana toyuqlardır. Onların ətinin qida dəyəri çox aşağı olduğuna görə istehsalçı üzərində “2-ci növ” qeydini yazır.İşbazlar isə bu qeydi diqqətdən yayındırmaq üçün iri hərflərlə “Belarus kənd toyuğu” ifadəsini vururlar. Ölkə qanunvericiliyinə zidd olaraq toyuqlar Belarusdan iri qablaşdırmada, dondurulmuş halda gətirilib, Azərbaycanda təzədən qablaşdırılır".
Azərbaycanda satılan toyuqların istehsalçısı Belarusun “Soliqorsk” Fabriki, Minsk Birinci Toyuq Kombinatı, “Skildelskiy” broyler fabrikləridir. Minsk Birinci Toyuq Kombinatı sırf süfrə yumurtası istehsal edir, ətlik müəssisə deyil. Onların İnternet saytında təqdim etdikləri məhsulların siyahısına baxmaqla da bunu müəyyən etmək olur (http://1mpf.by/prodayom ). Lakin Azərbaycanda satılan toyuq ətinin bir qisminin üzərində istehsalçı şirkət kimi həmin müəssisənin adı qeyd olunur. Bu isə o deməkdir ki, satılan ana toyuqların ətidir.
"Digər tərəfdən, Azərbaycanda satılan Belarus toyuqlarının üzərində saxlama müddəti olaraq 12 ay qeyd edilir. Halbuk istehsalçı şirkətlər bu müddəti cəmi 4 ay müəyyən ediblər – sübut üçün linkləri təqdim edirik:
https://molodeckie.by/index.php/ru/pages/prajs-list , (http://www.ghp.by/ru/production/
Bu faktlar onu göstərir ki, bir qrup işbaz istehlakçılara bilərəkdən yalan məlumat verir, eyni zamanda məhsulun saxlama müddətini saxtalaşdırırlar.
Hazırda da bir sıra marketlərdə, bazarlarda Belarus toyuqlarının satışı davam edir. Ona görə də ölkə vətəndaşlarını diqqətli olmağa, qiymət ucuzluğuna aldanaraq aşağı keyfiyyətli məhsulla qidalanmamağa çağırırıq".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
13 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
-
- 40 d. əvvəl
- 44 d. əvvəl
- 46 d. əvvəl
- 48 d. əvvəl
- 52 d. əvvəl
- 54 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Speedtest Global Index”: Azərbaycanda internetin sürəti illik müqayisədə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Kartof ixracı 2 dəfədən çox artıb
Xurma ixracında azalma qeydə alınıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir
















.jpg)






