Azərbaycandan arpa ixracına ETİRAZ
Məlumdur ki, qlobal ərzaq bazarında gedən bahalaşma, həmçinin Ukraynada başlayan müharibənin bu prosesə artırıcı təsiri dünya ölkələrinin ərzaq təhlükəsizliyi məsələsinə diqqətini qat-qat artırıb. Beynəlxalq qurumlar böyük həyəcanla payız aylarından etibarən qlobal səviyyədə ərzaq çatışmazlığı və ciddi böhran xəbərdarlıqları səsləndirməkdədirlər.
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının (APEPEA) Analitika və ictimaiyyətlə əlaqələr departamentinin yaydığı məlumatda bildirilir ki, Azərbaycan hökuməti ölkənin ərzaq təhlükəsizliyini təmin etmən üçün minimum istehlak səbətinə daxil olan ərzaq məhsullarının, onların istehsalında istifadə olunan xammalların ölkədən ixracını məhdudlaşdırıb. Lakin bir sıra işbazlar bu məhdudiyyətdən yayınmaq üçün müxtəlif yollara əl atırlar. Bunlardan biri də dənli bitkilərin doğranaraq emal məhsulu adı altında kütləvi ixracıdır.
Quşçuluk sektoru da, heyvandarlığın digər sahələri kimi, yem təchizatında böyük ölçüdə idxaldan asılıdır. Buna görə də dünya bazarında baş verən proseslər quşçuluq təsərrüfatlarının yem təchizatında əksini tapır. Son aylarda Ukraynadan buğda, qarğıdalı, günəbaxan yağı ixracının dayanması, Rusiyanın ixraca kvota və əlavə rüsumlar tətbiq etməsi, digər ixracatçı olan Qazaxıstanın da kvotalaşamaya getməsi, həmçinin digər səbəblərdən dünya bazarında taxılın qiyməti kəskin yüksəlib. Bundan əlavə, Rusiya rublunun məzənnəsindəki möhkəmlənmə qiymətləri daha da yüksəldib. Bu bahalaşma fonunda quşçuluq müəssisələri yem tələbatının ödənməsi üçün yerli istehsal olan arpadan istifadəni genişləndirməyə çalışır.
"Lakin son həftələrdə biz maraqlı faktla üzləşmişik: ölkədə arpa tapmaq demək olar ki, mümkün olmur. Araşdırmalarımız zamanı məlum oldu ki, arpanın dən formasında Azərbaycandan ixracına qoyulan qadağadan yayınmaq üçün bir sıra işbazlar onu xırdalayaraq kütləvi şəkildə qonşu ölkələrə, xüsusilə də İrana və onun üzərindən İraqa ixrac edirlər. (https://youtube.com/shorts/rmXdBxQ66KY?feature=share) Bu ixracı rəsmi statistikadan da izləmək mümkündür. Belə ki, Dövlət Statistika Komitəsinin rəsmi məlumatına əsasən 2021-ci ilin ilk 3 ayında Azərbaycandan xaricə 1 kq belə “Digər arpa” ixrac olunmadığı halda, 2022-ci ilin eyni dövründə 17427,84 ton belə məhsul ixrac edilib.
Qısa bir araşdırmadan sonra biz aydınlaşdırdıq ki, dən şəklində arpa ixracı qadağan olunduğuna görə işbazlar onu kiçik qırıntılara bölərək, “emal sənayesi məhsulu” adı altında Azərbaycandan çıxarırlar. Halbuki emal sənayesi məhsulu üçqat emaldan keçmiş məhsullar hesab olunur.
Bildiririk ki, hazırda quşçuluq təsərrüfatlarında yem təchizatı ilə bağlı ciddi problemlər var. Yerli istehsal məhsulu olan arpanın kütləvi şəkildə ixracı bizim problemlərimizi daha da kəskinləşdirir. Biz eyni halın yaxın günlərdə buğda, qarğıdalı və çovdarla bağlı da yaranacağını gözləyirik. Buna görə də Azərbaycan Respublikasının Baş nazirinə, iqtisadiyyat və kənd təsərrüfatı nazirlərinə müraciət edərək bu ixracın qarşısının alınmasını xahiş etmişik.
İnanırıq ki, adıçəkilən qurumlar yerli istehsalçıların əsaslı narahatlığını düzgün qiymətləndirməklə müvafiq addımların atılmasını təmin edəcəklər", - məlumatda deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
-
4 saat əvvəl
Azərbaycanda 2 ayda dövlət xətti ilə 22 milyon manatdan çox ipoteka krediti verilib
-
-
4 saat əvvəl
Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 17 % artıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
- 6 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bakıya yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
Unibank 5 nominasiya üzrə qalib olub
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
Ən çox oxunanlar
Fevralda ödəniş kartlarının sayı 191 min ədəd artıb
Qanlı Göl yeni layihə əsasında abadlaşacaq
MİDA-da yeni təyinat olub
Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var
Bank sektorunda, o cümlədən kreditlərdə cüzi artım olub
2 ayda banklar 190 milyon manata yaxın xalis mənfəət əldə ediblər
Expressbank növbəti ekoloji layihəyə tərəfdaşlıq edib
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR
















