Bank ofisində müştərilər üçün Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi nümayiş olunur
(®) “PASHA Private Banking” filialının yenilənmiş konsepsiyası çərçivəsində Azərbaycanda ilk dəfə olaraq maliyyə qurumu daxilində müştərilər üçün ölkənin tanınmış rəssamlarının əsərlərindən ibarət sərgi təqdim olunub.
Belə ki, “Reflections” adlanan bu sərgi Samirə Səfi kurasiyası ilə “BARZA” İncəsənət Bürosu tərəfindən təşkil olunub. Burada Arif Hüseynov, Aida Mahmudova, Ramal Kazım, Niyaz Nəcəfov, Mahmud Rüstəmov, İrina Eldarova, Orxan Hüseynov, Vüqar Muradov, Orxan Qarayev, Anar Hüseynzadə kimi tanınmış azərbaycanlı rəssamların 13 rəsm əsəri və 2 heykəli sərgilənib. İncəsənət icması tərəfindən layiqincə qiymətləndirilən bu rəssamların əsərləri dəfələrlə İngiltərə, Fransa, İtaliya və digər ölkələrdə keçirilən sərgiləri bəzəyib.
“BARZA”, rəssamlara dəstəyin göstərilməsi, sənət layihələrinin təbliği, müxtəlif sərgilərin keçirilməsi, sənət əsərlərinin satışının təşkili də daxil, yaradıcılığın müxtəlif istiqamətlərində fəal surətdə çalışan bir qurumdur. Məsələn, “Reflections” sərgisi son onillikdə fəaliyyət göstərən və incəsənətin özünə münasibətdə eyni bədii mövqeyi paylaşan Azərbaycan rəssamlarının əsərlərini təqdim edir. Onların hər biri üçün sənət həyati əhəmiyyət kəsb edərək, özünü dərketmədə və kainatla münasibətdə bir vasitə rolunu oynayır.
“PASHA Private Banking” blokunun baş direktoru Aqşin Mirzəzadənin sözlərinə görə, “PAŞA Bank”, 15 illik fəaliyyəti ərzində mədəniyyət və incəsənətin inkişafına diqqət yetirməklə, ölkənin və cəmiyyətin dayanıqlı inkişafına töhfə verib.
“İri maliyyə qurumlarına və investisiya şirkətlərinə məxsus ofislərdə belə sərgilərin təşkil olunması təcrübəsi Qərbdə kifayət qədər geniş yayılıb. “PASHA Private Banking” müştəriləri üçün təşkil etdiyimiz sərgi isə Azərbaycan hüdudlarında ilk dəfə yer alıb. Əminəm ki, müştərilərimiz ən müasir bank xidmətlərindən faydalanmaq imkanı ilə yanaşı, həm də yeni ofis konseptində istedadlı rəssamlarımızın işlərindən zövq almaq və müəlliflərlə ünsiyyətdə olmaq fürsətini yüksək qiymətləndirəcək. Bundan əlavə, “PASHA Private Banking” müştərilərinə sərgidə bəyəndikləri sənət əsərlərini almaq imkanı da təqdim olunur. İnanıram ki, peşəkar komandamızın köməyi ilə bu təcrübə, müştərilərimiz arasında incəsənət nümunələrinə investisiya yatırımı üzrə ixtisaslaşan art-menecment sahəsini təbliğ etmək üçün başlanğıc nöqtəsi olacaqdır. Sərvətin idarə edilməsi və artırılması üzrə tam xidmətlər spektri ilə yanaşı, “PASHA Private Banking” komandasının təcrübəsi və biliyi müştərilərimizə həm sözügedən sahədə, həm də təklif etdiyimiz digər investisiya sahələrində düzgün prioritetlər təyin etməyə kömək edəcək”, - deyə A.Mirzəzadə bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
2-ci APFM AWARDS mükafatlarının təqdimat mərasimi keçirilib - FOTOLAR
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Azercell “Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş” sosial təşəbbüsünə start verib
- 10 saat əvvəl
-
10 saat əvvəl
Kiberpolis 1 milyon manatlıq kriptovalyutanı ələ keçirən şəxsləri saxladı - VİDEO
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Kristal” şirkəti kabel üzrə qlobal liderlərdən biri ilə memorandum imzaladı
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI
Ələt azad iqtisadi zonasında “BioPharmax” layihəsi - müxtəlif tibbi məhsulların istehsalı nəzərdə tutur
Ən çox oxunanlar
Paşinyan yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında ikitərəfli ticarətin olacağına ümid edir
Azərbaycandakı neft emalı zavodlarının bioyanacaq emalı zavodlarına çevrilməsi imkanları araşdırılır
Yaponiyadan 1 milyondan çox xarici işçi qəbulu planı
Əhalinin banklarda müddәtli әmanәtlәri 10 milyard manata yaxınlaşıb
11 ayında bank sektorunda çalışanların sayı 1657 nәfәr artıb

























