Veysəloğlu Şirkətlər Qrupu SAP NOW forumunda
Böyük rəqəmsal transformasiya mərhələsində olan Veysəloğlu Şirkətlər Qrupu SAP layihəsinin icrasına indiyə kimi 5 mln. manatdan çox vəsait yatırıb.(®) Veysəloğlu Şirkətlər Qrupunun Rəqəmsal Transformasiya direktoru Özgür Kakmacı Azərbaycanda ilk dəfə SAP NOW forumunda çıxış edib. O, qrupda bu ildən etibarən başlayan genişmiqyaslı rəqəmsallaşma prosesi ilə bağlı təcrübələri bölüşüb. İlk növbədə söhbət SAP S/4HANA platformasına keçiddən gedir.
Özgür Kakmacı çıxışında bunları vurğulayıb: “Bizim üçün SAP yalnız rəqəmsallaşma deyil, bu, dayanıqlı inkişaf, şəffaflıq, daha yaxşı müştəri təcrübəsi, əməkdaşlarımız və istehlakçılar üçün dəyər yaratmaq deməkdir”. O, əlavə olaraq bildirib ki, Şirkətlər Qrupunda 2020-2025-ci illər ərzində davam edəcək SAP layihəsinin icrasına indiyə kimi 5 mln. manatdan çox vəsait yatırılıb.
SAP sistemi 19,500 nəfərdən çox əməkdaşı olan Veysəloğlu Şirkətlər Qrupunda məlumatları yüksək səviyyədə idarə etməyə, mükəmməl təhlil və proqnozlar əldə etməyə imkan yaradır. Bu isə öz növbəsində şirkətin məlumatlarının keyfiyyətinin və təhlükəsizliyinin təmin olunmasına və biznes proseslərin yüksək effektivliyinə xidmət edəcək.
Veysəloğlu Şirkətlər Qrupunda Müşahidə Şurasının üzvü Natəvan İbrahimova: “SAP rəqəmsallaşma ilə yanaşı, əməkdaşlarımızın inkişafı üçün də ciddi bir yatırımdır. SAP-ni işində tətbiq edə bilən əməkdaş qlobal təcrübəyə çıxış imkanı əldə edir və çeviklik qazanır. Bu isə potensialı və karyera hədəfləri olan hər bir şəxs üçün dəyərli imkandır”.
Tədbirdə banklar, nəqliyyat, neft-qaz, istehsalat və pərakəndə satış sahəsinin nümayəndələri iştirak ediblər. Plenar sessiyalarda SAP ekspertləri, tərəfdaşları və müştəriləri qeyri-rəsmi şəraitdə rəqəmsal transformasiyanın çətinliklərini müzakirə edib, bu problemlərin aradan qaldırılması və yeni imkanların açılması ilə bağlı uğur hekayələrini paylaşıblar. Veysəloğlu Şirkətlər Qrupu, PAŞA Holding, Deloitte, AKFA Qrup, KTZ, PAŞA İnşaat və digər şirkətlərin təcrübələri və fikirləri dinlənilib.
“SAP Azərbaycan” şirkətinin icraçı direktoru Svetlana Yankina SAP strategiyasının cari çağırışlara necə cavab verməsi barədə danışıb: “Bu gün dəyişmək üçün lazım olan sürəti texnologiya verir. Yenilikçi olmaq, müxtəlif texnologiyaları sınamaqdan qorxmamaq və ən təsirli olanları seçmək vaxtıdır. Cəsarətli olmaq və trendləri müəyyən etməyin zamanıdır. Əminəm ki, Veysəloğlu Şirkətlər Qrupunda rəqəmsal transformasiyanın tətbiqi təkcə yerli deyil, həm də beynəlxalq şirkətlər üçün yaxşı nümunə olacaq”.
Tədbirə media partnyoru olaraq, APA Qrup və 1news.az dəstək olub.
28 ildir ki, ölkə iqtisadiyyatına dəyər qatan Veysəloğlu Şirkətlər Qrupu pərakəndə, logistika, distribusiya və istehsalat sahələrində fəaliyyət göstərir. Şirkətlər Qrupu Deloitte şirkətinin təşkil etdiyi nüfuzlu Best Managed Companies müsabiqəsinin qaliblərindəndir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 gün sonra
-
-
1 saat əvvəl
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
-
2 saat əvvəl
Azercell “Baku Flames”in texnologiya və innovasiya tərəfdaşıdır
- 2 saat əvvəl
-
3 saat əvvəl
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ
-
3 saat əvvəl
Tramp: İranın nüvə silahına sahib olmasına icazə verilə bilməz
-
4 saat əvvəl
Kirayə qiymətinə mənzil təklifi – Aylıq ödəniş 420 manatdan başlayır
-
4 saat əvvəl
Azər Türk Bank təqaüdçülərə 9,9%-dən başlayan istehlak kreditləri təklif edir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 29 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
Kirayə qiymətinə mənzil təklifi – Aylıq ödəniş 420 manatdan başlayır
HONOR 600 Seriyasının Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
İllik 15% gəlir təklif edən istiqrazlara 53 investor 53 sifariş təqdim edib, 100% yerləşdirilib
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
Prezident İlham Əliyev Qazaxıstanda səfərdədir







.jpg)




.jpg)








