Sabirabad Pilot Aqroparkda məhsul yığımına başlanıb
7544 ha sahədə yaradılan Sabirabad Pilot Aqroparın təşkili istiqamətində işlər davam etdirilir.
İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) yaydığı məlumatda bildirilir ki, layihələrinin ümumi dəyəri 41 milyon manat olan pilot aqroparkda müasir suvarma sistemlərinin tətbiqi ilə 500 ha sahədə intensiv nar bağının salınması, taxıl, qarğıdalı və yonca toxumçuluğunun təşkili, və taxılın, həmçinin süd və pambığın ilkin emalı, qüvvəli yem istehsalı və heyvandarlıq sahələrnin yaradılması nəzərdə tutulur.
Layihələrin həyata keçirilməsi nəticəsində 730 yeni iş yeri yaradılacaq.
Sabirabad Pilot Aqroparkda sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi üçün dövlət tərəfindən stimullaşdırıcı tədbirlər görülür və bu işlər mütəmadi olaraq davam etdirilir Belə ki, dövlət vəsaiti hesabına aqroparkın suvarma suyuna olan tələbatının təmin edilməsi məqsədilə beton su kanalı inşa olunub və ərazilərin şoranlaşmasının qarşısını almaq üçün kollektor-drenaj şəbəkəsinin tikintisi üzrə işlər aparılır.
Artıq 3 sahibkar (fermer) tərəfindən aqroparkın deqradasiyaya uğramış torpaq sahələrinin bir hissəsi əkin üçün tam yararlı vəziyyətə gətirilib, 2075 ha sahədə taxıl və pambıq əkini aparılıb. Aqroparkda bu il ilk dəfə olaraq məhsul yığımına başlanıb.
Bu məqsədlə İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) təşkilatçılığı ilə aqroparka mediatur təşkil edilib. Media nümayəndələri aqroparkın ilk rezidentlərindən olan “Fructus Aqropark” MMC-nin təsərrüfat sahəsində görülmüş işlərlə tanış olublar. Bildirilib ki, 988 ha sahədə yaradılan, investisiya dəyəri 3,2 milyon manat olan “Fructus Aqropark” MMC tərəfindən aqroparkda yararsız torpaq sahələri əkin üçün yararlı vəziyyətə gətirilib. Artıq 300 ha-dan artıq sahədə arpa biçininə başlanıb.
Aqroparkda həmçinin, qeyri-ənənəvi südçülük (keçi və dəvə südü istehsalı və ixracı) və əkinçilik təsərrüfatlarının, həmçinin emal sahəsinin yaradılması nəzərdə tutulur. Emal sahəsində paketlənmiş təzə və quru süd, pendir, qatıq və digər süd məhsulları istehsal olunacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
3 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
3 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
3 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
4 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 6 saat əvvəl
-
8 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq
























