Azərbaycan Nikol Paşinyana cavab verdi
"Ermənistan tərəfindən müxtəlif bəhanələrlə pozulan, habelə keçirilməsinə 1-2 saat qalmış təxribatlarla təxirə salınan görüşləri sadalamağa başlasaq, siyahı çox uzun olar".Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın Baş naziri Nikol Paşinyanın iyunun 27-də mətbuat konfransında söylədiklərinə cavab verib.
Nazirliyin Mətbuat xidməti idarəsindən bildirilib ki, N.Paşinyanın 27 iyun 2022-ci il tarixində onlayn mətbuat konfransında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi ilə bağlı söylədiyi bir sıra fikirlər bu ölkənin bölgədə dayanıqlı sülh yaratmaq istəyini şübhə altına alır.
Qeyd olunub ki, otuz ilə yaxın Azərbaycan ərazilərinin bir hissəsini hərbi işğal altında saxlayaraq bu əraziləri darmadağın edən bir ölkənin rəhbərinin, Azərbaycanı bu illər ərzində blokada siyasətini yürütməkdə ittiham etməsi heç bir hüquqi və əxlaqi çərçivəyə sığmır.
"Baş nazir Paşinyana xatırladırıq ki, Azərbaycan Ermənistanın işğalçı siyasətinə rəğmən və ərazilərində onilliklər ərzində Ermənistan tərəfindən tətbiq edilmiş “hər şeyi məhv etmək” yanaşmasına baxmayaraq, ərazilərini azad etdikdən sonra iki dövlət arasında münasibətlərin normallaşması tərəfdarı və təşəbbüskarı olub. Məhz Azərbaycan dövlət başçısı, post-münaqişə mərhələsində beynəlxalq hüququn prinsiplərinə ciddi riayət edilməsi əsasında sülh sazişinin imzalanması təklifi ilə çıxış edib. Hətta, Azərbaycan tərəfi Sazişin əsaslanmalı olduğu baza prinsiplərini də qarşı tərəfə təqdim edib. Paşinyanın iddia etdiyi kimi Azərbaycan müharibə istəsəydi, yəqin ki, bu addımlara ehtiyac qalmazdı. Əgər Azərbaycan müharibə istəsəydi, Ermənistanın 30 il ərzində yerlə yeksan etdiyi ərazilərin yenidən qurulması və bərpası üçün böyük səylər sərf edib, nəhəng işlər görməzdi.
Azərbaycan tərəfi, iki ölkə arasında sərhədlərin delimitasiyası, bölgədə bütün kommunikasiyaların açılması və tərəflər arasında gələcək sülh sazişinin imzalanması istiqamətlərində yalnız sözdə açıqlamalar vermir, öz əməlləri və konkret addımları ilə söylədiklərini həyata keçirir. Uzun illər ərzində məhz Azərbaycan tərəfi, bölgədə normal münasibətlərin qurulmasının və bütün kommunikasiyaların açılmasının Ermənistana faydalı olacağını söyləyib. Ermənistan tərəfinin bunu nəhayət anlaması və baş nazirin “kommunikasiyaların açılması Ermənistana sərf edir” söyləməsi, Ermənistan rəhbərliyinin yeni yanaşması kimi diqqəti cəlb edir. Görünür, həqiqətlərin Ermənistan tərəfindən qəbul edilməsi bir qədər vaxt tələb edir. Ümid edirik ki, artıq reallığa çevrilən Zəngəzur dəhlizinin fəaliyyətinin səmərəliliyinin Ermənistan tərəfindən dərk edilməsi üçün böyük zamana ehtiyac qalmayacaq.
Üçtərəfli bəyanatlara gəldikdə, bu sənədlə tərəflərin üzərinə götürdüyü öhdəliklər və onların icrası göz qabağındadır. Sənədin iddialarını kobud şəkildə pozaraq Azərbaycan ərazilərinə diversant qüvvələr göndərən, Azərbaycan ərazilərindən qanunsuz silahlı birləşmələrini çıxarmayan, kommunikasiyaların açılmasını uzun müddət ərzində ləngidən Ermənistan bu bəyanatların icrasını kobud şəkildə pozur.
Ermənistan Baş naziri konkret hansı hala istinad etdiyinə aydınlıq gətirmədən “Azərbaycan tərəfinin ən azı bir halda görüşün keçirilməsini boykot etdiyni” söyləyir. Əgər, post münaqişə mərhələsində indiyədək beynəlxalq vasitəçilərin iştirakı ilə də təklif edilən və Ermənistan tərəfindən müxtəlif bəhanələrlə pozulan, habelə keçirilməsinə 1-2 saat qalmış təxribatlarla təxirə salınan görüşləri sadalamağa başlasaq, siyahı çox uzun olar.
Ermənistan həqiqətən sülh istəyirsə, səmərəlilik əmsalı hər zaman aşağı olan və hazırda üzvləri tərəfindən açıq şəkildə fəaliyyətinin qeyri-mümkünlüyü etiraf edilən bir formatı dirçəltməyə zaman sərf etməkdənsə öz siyasi iradəsini ortaya qoyub sülh istiqamətində konkret addımlar atmalıdır", - açıqlamada vurğulanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
-
1 saat əvvəl
Taxıl biçini davam edir, sahələrdən 1 milyon 619 min ton məhsul yığılıb
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
NYT: Oman ABŞ-a Hörmüz boğazından keçid üçün ödənişin tətbiqi təklifini təqdim edib
-
3 saat əvvəl
Pekin sərgisinin diqqət mərkəzində olan avtomobil artıq Bakıdadır - İLK DƏFƏ TƏQDİM OLUNDU, QİYMƏTİ
-
4 saat əvvəl
Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edib
-
5 saat əvvəl
Yeni tekstil müəssisəsi istifadəyə verilib, 100-ə yaxın daimi iş yeri yaradılıb
-
5 saat əvvəl
"PAŞA Həyat Sığorta"nın dəstəyi ilə Ankara şəhərində növbəti kitab təqdimatı keçirilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Pekin sərgisinin diqqət mərkəzində olan avtomobil artıq Bakıdadır - İLK DƏFƏ TƏQDİM OLUNDU, QİYMƏTİ
"PAŞA Həyat Sığorta"nın dəstəyi ilə Ankara şəhərində növbəti kitab təqdimatı keçirilib
Ən çox oxunanlar
“Sizin Lombard” 50-dən çox filial ilə xidmətinizdə!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Ələt azad iqtisadi zonasında istehsal olunan məhsulların ixracına görə güzəşt tətbiq olunacaq
ƏDV-nin depozit hesabından DSMF-yə vəsait köçürmək imkanı yaradılır
Azərbaycanda uçot dərəcəsinin 2028-ci ilə qədər dəyişməz qalacağını proqnozlaşdırır
77, 91, 214 və 214A nömrəli marşrutlar üzrə avtobuslar dəyişdirilir
























