Azər Türk Bank onlayn xidmətləri genişləndirir
(®) Dövlət bankı Azər Türk Bank klassik bank modelindən uzaqlaşaraq, müasir elektron xidmət şəbəkəsi yaratmaq əzmindədir.
Bankın qurduğu ekosistem müştərilərə, o cümlədən hüquqi şəxs və fərdi sahibkarlara tam olaraq onlayn qaydada xidmət göstərməyə lazımi imkan verir.
Artıq neçə müddətdir Bankın saytında yer almış https://hub.atb.az/ portalından müştərilər məmnunluqla istifadə edirlər.
Bu portal korporativ müştərilərin Bankla təmasını bütünlüklə rəqəmsallaşdırmağa şərait yaratmış bir həlldir.
24/7 rejimində çalışan, müştərilərə bank əməliyyatlarının məsafəli, təhlükəsiz və sürətli şəkildə həyata keçirmək imkanı verən “ATB Business” internet və mobil bankçılıq tətbiqləri ilə yanaşı, hub.atb.az portalı vasitəsilə bütün növ müştəri müraciətləri və sifarişlərinin elektron qaydada qəbulu və icrası, qarşılıqlı sənəd mübadiləsi, sənədlərin imzalanması təmin edilir.
İmkanları daima genişlənən portal hazırda 4 istiqamətdə xidmət göstərir:
Növbə anketi— bu imkan sayəsində müştərilər Banka müraciət ünvanlamaqla, aparılmalı olan əməliyyatlarını öncədən sifariş edir və Banka gələrkən onlara növbədənkənar, qısa müddət ərzində xidmət göstərilir;
İnternet bankçılıq müraciəti— Bankda distant hesab açmış korporativ müştərilər buradan “ATB Business” internet və mobil bankçılıq tətbiqlərinə qoşulmanı rahatlıqla edə bilirlər;
Elektron sənəd dövriyyəsi – portalın bu həlli sayəsində Bank və müştərilər qarşılıqlı, istərsə də birtərəfli qaydada müxtəlif sənəd (ərizələr, arayışlar, müraciətlər və s.) mübadiləsini, elektron şəkildə sənədlərin “Asan İmza” vasitəsilə imzalanması (bütün növ müqavilələr, sazişlər, razılaşmalar və s.) və arxivləşdirilməsi həyata keçirilir;
Terminaldan məxaric – korporativ müştərilər hesablarından vəsaitlərin məxaricini rahat şəkildə, növbəsiz rəsmiləşdirə və bankın müxtəlif xidmət strukturlarında quraşdırılmış müasir ADM terminallar vasitəsilə əldə edə bilirlər.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı www.atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 3000 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
40 d. əvvəl
Artıq iri plitələr qopmayacaq! - “Matanat A” şirkəti yeni yapışdırıcı təqdim edir
-
- 51 d. əvvəl
-
51 d. əvvəl
Hilton Baku-da rəhbərlər üçün süni intellekt mövzusunda qapalı executive sessiya keçirilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Qızıl 1-ci, pambıq lifi 2-ci, mis filizləri 3-cü yerdə - Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı açıqlandı
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“MJ Financial Services BOKT” böyüyüb, faiz gəlirləri artıb
Ən çox oxunanlar
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
















.jpg)





