PashaPay - Azərbaycanın fintech sahəsinə yeni oyunçu gəlir
PASHA Holding daxilində yaradılan yeni “PashaPay” MMC ölkənin fintex ekosistemində böyük innovasiyalar etməyi hədəfləyir.
PashaPay, “xalq brendi” kimi tanınan, 2008-ci ildən əhalinin istifadəsinə verilmiş MilliÖN ödəmə sisteminin əsasında qurulub. İnsanların kommunal ödəniş, balansı artırmaq, borcları ödəmək davranışlarını asanlaşdırmış MilliÖN brendinin ənənələrini davam etdirən şirkət, indi də m10 mobil tətbiqini hazırlayır.
Pul göndərişini komissiyasız etmək, fərdi sahibkarlar üçün nağdsız pulları rahat qəbul etmək, kommunal ödənişləri avtomatik ödəmək - bir sözlə, pulla bağlı bir çox işləri bu tətbiq vasitəsilə asan şəkildə idarə etmək mümkün olacaq.
Şirkətin missiyası istənilən yerdə, istənilən zaman hər kəsin pulunu asan və rahat idarə etməsi üçün maliyyə xidmətləri hazırlamaqdır. Şirkət həm geniş kütləyə, həm də sahibkarlara “Həyatı asanlaşdırırıq” vədini verir.
Şirkətə həm yerli, həm də xarici peşəkarlardan ibarət geniş komanda cəlb edilib.
Tezliklə PashaPay MMC-nin təqdim etdiyi yeni m10 mobil tətbiqi vətəndaşları sərfəli təkliflərlə və qabaqcıl texnoloji həllərlə sevindirəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
18 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir



















