Azərbaycandan göndərilən 20 ton pendir Rusiyaya buraxılmadı
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycandan idxal olunan pendir partiyasını ölkə ərazisinə buraxmayıb.
Bu barədə qurumun rəsmi saytında məlumat verilir.
““Rosselxoznadzor”un Moskva şəhəri, Moskva və Tula vilayətləri üzrə İdarəsi tərəfindən “Terminal Şərq-Qərb” MMC-nin müvəqqəti saxlama anbarında Azərbaycandan daxil olmuş 20 010 kq pendir partiyasına baytarlıq nəzarəti zamanı müəyyən edilib ki, qablar və qablaşdırma materialları təkrar emal olunur. Pendirin baş hissəsində mumun qoruyucu təbəqəsi çıxarılarkən başqa bir istehsalçının (ehtimal ki, Niderland müəssisəsinin) etiketi aşkar olunub. Karton qutuların içərisində və pendirin üzərində yaşıl və qara rəngli kif əmələgəlmələri var, soyuducunun içərisində temperatur +5,4°C-dir ki, bu da həmin məhsulun lazımi keyfiyyətdə olmadığını və daşınmadan əvvəl orqanoleptik dəyişikliklərin mövcudluğunu göstərə bilər”, - deyə məlumatda qeyd olunur.
Göstərilən faktlarla bağlı Azərbaycan və Niderlandın müvafiq baytarlıq xidmətlərindən məlumat daxil olana qədər yükün hərəkəti dayandırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
-
28 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi

























