Norveç hökuməti qaz işçilərinin tətilinə müdaxilə etdi
Norveç Əmək Nazirliyi tətilin Avropada enerji böhranını daha da pisləşdirəcəyindən narahat olduğu üçün tətilə müdaxilə edib və dayandırıb.Qaz işçilərinin başlatdığı tətilə Norveç hökuməti müdaxilə edib.
Marja xəbər verir ki, Norveç Əmək Nazirliyi tətilin Avropada enerji böhranını daha da pisləşdirəcəyindən narahat olduğu üçün tətilə müdaxilə edib və tətili dayandırıb.
Qaz sektoru işçilərinin təşkil etdikləri Lederne həmkarlar ittifaqının rəhbəri İudun İnqvartsen hökumətin qərarı ilə tətilin dayandırıldığını təsdiqləyib və işçilərin ən qısa zamanda işə qayıdacaqlarını vurğulayıb.
Norveçdən qaz hasilatının artacağı gözlənilir.
Ölkədəki qaz sənayesi işçilərinin əksəriyyətini təmsil edən həmkarlar ittifaqları əmək haqları ilə bağlı razılığa gələ bilmədikləri üçün tətilə qərar vermiş və maaşlarının artırılmasını tələb edərək tətilə başlamışdılar.
Tətil Böyük Britaniyaya və əksər Avropa ölkələrinə qaz tədarükünün azalmasına və qaz qiymətlərinin dörd ayın ən yüksək səviyyəsinə çatmasına səbəb olub.
Norveç hökuməti müəyyən şərtlər daxilində əmək mübahisələrinə müdaxilə etmək səlahiyyətinə malikdir.
"Financial Times" xəbər verir ki, tətilin həftənin sonuna qədər Norveçin qaz hasilatını təxminən 60 faiz azaldacağı gözlənilirdi.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
4 d. əvvəl
ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixracı kəskin azalıb
-
- 37 d. əvvəl
- 58 d. əvvəl
-
1 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
1 saat əvvəl
Mərkəzi Bankın aktivləri azalıb, mənfəəti isə 724 milyon manatı keçib
-
1 saat əvvəl
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
- 1 saat əvvəl
- 9 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
“Monetri BOKT”un xalis mənfəəti 35% artıb
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 10 GÜN
Ən çox oxunanlar
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
“TABATERRA”nın ixracı 60%-dən çox artıb





















