Yaponiyadan gəlib bu arıçıdan bal alırlar - BALI FƏRQLİ EDƏN NƏDİR?
Saatlı rayonunun Smadakənd kəndində yerləşən arıçılıq təsərrüfatının balınının 99 faizi biyan bitkisinin nektarından ibarətdir. Hətta şanda bal o qədər qatıdır ki, onu süzərkən süzgəcdən çətinliklə keçir. Biyan balının qatılığı, rəngi onun keyfiyyətindən xəbər verir.Saatlıda arıçılıq təsərrüfatında biyan balının süzümünə başlanılıb. Bitki örtüyünün sıx olması hər arı yeşiyindən 30-40 kiloqram məhsul götürməyə imkan verir. İldə bir dəfə bal süzülən arıçılıq təsərrüfatından 1500 kiloqramdan çox məhsul əldə olunması gözlənilir.
Saatlı rayonunun Smadakənd kəndində yerləşən arıçılıq təsərrüfatının 70 hektar biyan sahəsi var. Burada 70-ə yaxın arı ailəsi saxlanılır.
Təsərrüfat sahibi Ehtiram Məmmədov bildirib ki, bu il mövsüm arıçılar üçün elə də ürəkaçan başlamamışdı. Lakin aprel ayından hər şey yaxşılığa doğru dəyişdi. Həm hava şəraiti, həm də biyan sahələri arıların işləməsi üçün əlverişli oldu.
“Fevral ayı isti keçdiyinə görə arılar qış fəslində oyandı və işləməyə başladı. Lakin sonradan mart ayının sonuna kimi havalar soyuq keçdi. Bu, arıların işinə də mənfi təsir göstərdi və arılar yeşiklərdə qalaraq öz məhsullarını yedilər. Təkcə bizim təsərrüfatda 170-dən artıq arı ailəsi var, onlardan 24-ü aclıqdan tələf oldu. Sonra arılara ehtiyat üçün saxlanılan baldan verdik, vəziyyət yaxşılaşdı. Ümumiyyətlə fevral-mart aylarında hava dəyişkənliyi arıçılara ciddi problemlər yaratdı. Lakin aprel ayında yağan yağışlar bitki örtüyünün zənginləşməsinə, inkişafına səbəb oldu. Biyan sahələri də yaxşı çiçəklədi”, - deyə Ehtiram Məmmədov əlavə edib.
Həmsöhbətimiz 20 ildir arıçılıqla məşğuldur. Deyir ki, hələ builki kimi zəngin, inkişaf etmiş bitki örtüyünə və arının məhsuldarlığına rast gəlməyib. O, bu il ton yarımdan çox məhsul götürəcəyini planlaşdırır.
Arıçılıq təsərrüfatının özünəməxsusluğundan söhbət açan Ehtiram Məmmədov təsərrüfatının əsas özəlliyinin 70 hektarlıq biyan sahəsində yerləşməsində olduğunu vurğulayıb. Ona görə də onun arıçılıq təsərrüfatını tanıyanlar az deyil. Hətta buraya Yaponiyadan gələnlər və Saatlı balını alaraq Uzaq Şərqə aparanlar da az olmayıb.
Arıçının köməkçiləri arasında nəvələri də var. Hər il yay fəslində təsərrüfata üz tutan yeniyetmələr arıçılığın sirlərinə yiyələnirlər. Ehtiram kişinin nəvəsi Nizami hər yay babasına kömək etdiyini, bununla yanaşı, yay istirahətini də səmərəli keçirdiyini söyləyir: “İyul ayında buraya gəlib biyan balı süzürük. Mövsüm başa çatdıqdan sonra isə arı ailələrini payız və qış mövsümünə hazırlamaq üçün lazımi işləri yerinə yetiririk".
Ayan Məmmədli də biyan balının faydaları haqqında məlumatlıdır. Deyir ki, biyan balı ən yaxşı baldır, dadı da fərqlidir. Faydalarının çox olması ilə fərqlənir.
Biyan balının faydalarından danışan digər arıçı Ağamir Ağayevin sözlərinə görə, bu il biyan bitkisi yaxşı inkişaf etdiyindən balın 99 faizi demək olar ki, biyan bitkisinin nektarından ibarətdir. Hətta şanda bal o qədər qatıdır ki, onu süzərkən süzgəcdən çətinliklə keçir. Biyan balının qatılığı, rəngi onun keyfiyyətindən xəbər verir.
Bu balın faydasından danışan arıçı bildirib ki, biyan balı güclü müalicəvi təsirə malikdir. Biyanın nektarında olan aponin və qliserizinxam maddələri sayəsində onunla qidalanan arıların verdiyi bal müalicəvi təsirə malikdir. Onun müalicəvi xüsusiyyətlərini isə saymaqla bitirmək olmaz: antibakterialdır, immuniteti gücləndirir, sinəyumşaldıcı və bəlğəmgətiricidir, bronxları təmizləyir, soyuqdəymə və qrip kimi xəstəliklərdə müsbət təsir göstərir, boğaz ağrılarını götürür, qan azlığı, dalaq çatışmazlığını müalicə edir. Həmçinin beyində qan dövranını yaxşılaşdırır, həzmi asanlaşdırır, qəbizliyi aradan qaldırır, qaraciyəri təmizləyir və s.
Təsərrüfatda balla yanaşı, propolis, arı südü, çiçək tozu kimi arı məhsulları da istehsal edilir, həmçinin ana arı yetişdirilir.
@ Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
6 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
7 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
7 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
8 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar


















