Azərbaycanda qaz hasilatı isə 17,5 faiz artıb
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2022-ci ilin yanvar-iyun aylarında 42,2 milyard manatlıq və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz çox sənaye məhsulu istehsal edilmişdir.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, neft-qaz sektorunda məhsul istehsalı 0,6 faiz, qeyri neft-qaz sektorunda isə 11,5 faiz artmışdır.
Sənaye məhsulunun 75,7 faizi mədənçıxarma sektorunda, 20,4 faizi emal sektorunda, 3,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,2 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 17,5 faiz artmışdır.
Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,8 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 2,6 dəfə, əczaçılıq məhsullarının istehsalı 2,1 dəfə, geyim istehsalı 59,0 faiz, mebel istehsalı 58,4 faiz, elektrik avadanlıqlarının istehsalı 53,2 faiz, maşın və avadanlıqların istehsalı 48,7 faiz, hazır metal məmulatlarının istehsalı 47,0 faiz, tikinti materiallarının istehsalı 33,4 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 30,8 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 26,0 faiz, kimya sənayesi məhsullarının istehsalı 20,4 faiz, kağız və karton istehsalı 15,3 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 12,9 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 10,1 faiz, qida məhsullarının istehsalı 7,8 faiz artmış, ağacın emalı və ağacdan məmulatların istehsalı 4,6 faiz, tütün məmulatlarının istehsalı 7,5 faiz, içkilərin istehsalı 7,8 faiz, neft məhsullarının istehsalı 15,4 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 21,0 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 22,8 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,8 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 5,6 faiz artmışdır.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
12 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
-
- 14 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
22 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 22 saat əvvəl
-
22 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
22 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)
.jpg)





.jpg)



.jpg)






