AZAL 4 müasir "Boeing 787-8 Dreamliner" alır - SƏNƏD İMZALANDI
“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti öz hava gəmiləri parkını dörd yeni müasir "Boeing 787-8 Dreamliner" avialayneri ilə genişləndirəcək.
"Azərbaycan Hava Yolları"nın mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, bu gün AZAL-ın prezidenti Cahangir Əsgərov və "Boeing Commercial Airplanes" şirkətinin prezidenti, mülki təyyarələr bölməsinin baş icraçı direktoru Sten Dil müvafiq anlaşma memorandumu imzalayıblar.
Sənədin imzalanması Farnboroda keçirilən məşhur Aviasiya şousu ("Farnborough International Airshow" - Böyük Britaniya) çərçivəsində baş tutub.
Qeyd edilən növ hava gəmilərinin 2025 – 2030-cu illər ərzində Azərbaycana gətirilməsi nəzərdə tutulub.
“AZAL postsovet məkanında "Boeing 787-8 Dreamliner" təyyarələrinin istismarına başlayan ilk aviaşirkətdir. Hazırda aviaşirkətimizdə bu tip iki layner istismar edilir. İmzalanmış Memorandum yüksək səviyyədə qarşılıqlı faydalı aviasiya tərəfdaşlığının qurulması çərçivəsində AZAL və "Boeing"in fəal işinin sübutudur. İstismar edildiyi illər ərzində bu tip təyyarələr özünü əla tanıtmışdır. Aviaşirkətin hava gəmiləri parkına uzaqməsafəli yeni təyyarələrin daxil edilməsi “Azərbaycan Hava Yolları”nın dünyada iştirak coğrafiyasını daha da genişləndirəcək”, - deyə AZAL prezidenti Cahangir Əsgərov qeyd edib.
“Bugünki saziş bütün dünyada müşahidə etdiyimiz səyahətə artan tələbatı təmin etmək üçün hava gəmiləri parkını yeniləyən “Azərbaycan Hava Yolları” aviaşirkəti ilə uzunmüddətli əməkdaşlığımızın davamıdır. "Boeing-787" hava gəmiləri hava daşımaları bazarının tənəzzülü zamanı dünya aviaşirkətləri tərəfindən digər genişfüzelyajlı təyyarələrlə müqayisədə daha fəal istismar olunmuşdur. Biz bu tip hava gəmisinin imkanları və xüsusiyyətlərinə arxayınıq”, - deyə "Boeing Commercial Airplanes" şirkətinin prezidenti, mülki təyyarələr bölməsinin baş icraçı direktoru Sten Dil bildirib.
Qeyd edək ki, Farnboro Beynəlxalq Aviasiya Şousu ("Farnborough International Airshow" (FIA)) Farnboro hava limanı ərazisində iki ildən bir keçirilir. Bu tədbir aerokosmik avadanlıq və texnologiyalar sahəsində ən mühüm ümumdünya platformasıdır. 2016-cı ildə FİA dünyanın ən böyük aviakosmik sənayesi sərgisi statusunu qazanmışdır. FİA-da, ümumilikdə, 80 mindən çox ziyarətçinin, təxminən 1500 aviakosmik sənaye mütəxəssisinin iştirakı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






















.jpg)



