Cənubi Koreya Azərbaycanda innovasiyaların inkişafına 2 milyon dollar qrant ayırdı
İyulun 20-də Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) ilə Cənubi Koreya Respublikasının Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) arasında “Azərbaycanda innovasiya siyasətinin qurulması”na dair Qrant Müqaviləsi imzalanıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, müqaviləni Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan Ofisinin Ölkə üzrə direktoru Jong Hyun Moon imzalayıb.
2 milyon ABŞ dolları dəyərində olan Qrant layihəsinin məqsədi Azərbaycanda innovasiya siyasətinin səmərəliliyinin artırılması üçün innovasiyalar üzrə Strateji Yol Xəritəsinin hazırlanmasıdır.
Layihə çərçivəsində KOICA təşkilatının ekspert qrupu tərəfindən nazirliyin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin iştirakı ilə institusional imkanların artırılması, innovasiya və startap ekosisteminin inkişafı və digər əlaqəli məsələlərə dair araşdırmalar aparmaqla təklif və tövsiyələrin təqdim edilməsi nəzərdə tutulur.
KOICA-nın maliyyə və texniki dəstəyi ilə həyata keçiriləcək layihənin 2024-cü ilədək davam etdirilməsi və bu müddət ərzində qarşılıqlı işgüzar səfərlərin edilməsi planlaşdırılır.
Qeyd edək ki, layihə innovasiya ekosisteminin inkişafına görə lider ölkələrdən biri olan Cənubi Koreyanın təcrübəsindən yararlanmaqla Azərbaycanda müvafiq sahəyə investisiya qoyuluşuna, iqtisadiyyatın müxtəlif sahələrində innovasiyaların tətbiqinə öz töhfəsini verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
11 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir














.jpg)


.jpg)



