Araz Vadisi İqtisadisində dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsullar istehsal oluna bilər
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkına da sahibkarlar tərəfindən maraq çox böyükdür.
Bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev bildirib.
O qeyd edib ki, sənaye parkında artıq bir sahibkarlıq subyektinə ("KAMAZ Lizinq Azərbaycan" MMC-yə) rezidentlik statusu verilib:
"Hazırda İqtisadi Zonaların İnkişafı Agentliyində “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti olmaq üçün 10-dan çox layihəyə baxılır. Sözügedən layihələr dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsulların, dəmir əritmə və dəmir məmulatların, pambıq ipliyin, beton borunun, kirəmit və kərpicin istehsalı, texniki xidmət mərkəzinin təşkili və yük avtomobillərinin yığımı, TIR parkı və ofisin təşkili olunması layihələridir".
Azərbaycan Prezidentinin 2021-ci il 4 oktyabr tarixli fərmanı ilə Cəbrayıl rayonunda 200 hektar ərazidə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb. Sənaye Parkında logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması planlaşdırılır. Hazırda Sənaye Parkının 1 hektarında rezidentlərin istifadəsi üçün mobil tipli şəhərcik salınır. Yaxın günlərdə şəhərciyin salınması işləri başa çatdırılacaq.
İllik 13.99%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
45 d. əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
5 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 5 saat əvvəl
-
5 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
5 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 5 saat əvvəl
-
5 saat əvvəl
Dövlət müəssisələri gələn ildən mənfəətdən dividend ödəməyə başlayacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Eczacıbaşı Holding"in sədri Azərbaycana gəlib - Nazir ilə görüşüb, Azərbaycanda potensial fəaliyyəti müzakirə edilib
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
Fəzail Ağamalı vəfat edib
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
















.webp)






