Pambıq mahlıcı 1-ci, pomidor 2-ci, karbamid 3-cü yeri tutub
“İxrac İcmalı”nın iyul sayı təqdim olunub.
“İxrac icmalı”nın iyul sayına əsasən, 2022-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanın ixracı 18,5 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 1,5 mlrd. ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 295,4 mln. ABŞ dolları və ya 25,4% artıb.
2022-ci ilin yanvar-iyun ayları ərzində meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 7,1% artaraq 328,1 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 5 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 2 dəfə, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 26,1%, pambıq lifi ixracı 12,8%, pambıq iplik ixracı isə 5,2% artıb.
2022-ci ilin yanvar-iyun ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (136,9 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda tomat (pomidor) (126,9 milyon ABŞ dolları) ikinci, karbamid (98,7 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2022-ci ilin yanvar-iyun ayları ərzində Türkiyəyə 428,4 milyon ABŞ dolları, Rusiya Federasiyasına 382 milyon ABŞ dolları, Gürcüstana 88,2 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 84,6 milyon ABŞ dolları və ABŞ-a isə 57,5 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2022-ci ilin iyun ayı üzrə ixrac 3,1 mlrd ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 5,8% təşkil etməklə 269,6 mln. ABŞ dolları olub. 2022-ci ilin iyun ayı ərzində yeyinti məhsulları üzrə ixrac 6,6% artaraq 119,6 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 5,1% artaraq 149,9 milyon ABŞ dolları təşkil edib.
2022-ci ilin iyun ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (118,6 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (38,2 milyon ABŞ dolları) ikinci və İsveçrə (18,2milyon ABŞ dolları) üçüncü olub.
2022-ci ilin iyun ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında tomat (pomidor) (35,8 milyon ABŞ dolları) birinci, albalı və gilas (34,2 milyon ABŞ dolları) ikinci və kartof (20,2 milyon ABŞ dolları) üçüncü olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
51 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























