“Hesab.az” və “Ulduzum” əməkdaşlığı 2-QAT qazandırır!
(®) Azərbaycanda onlayn ödəmələr sahəsində ilk şirkət Goldenpay/Hesab.az onlayn xidmətlər platforması ilə Bakcell şirkəti istifadəçilərinə özəl kampaniya təqdim edir.
Kampaniyaya 01-21 Avqust tarixləri arasında Hesab.az-da qeydiyyatlı şəkildə Bakcell ödənişi edən istifadəçilər qatılacaq və 2-QAT qazanacaqlar. Belə ki, kampaniyada iştirak etmək üçün istifadəçilər ödəniş zamanı “Ulduzum” kodunu daxil etməlidirlər. Bu zaman Hesab.az-ın “Qazananlar Klubu” loyallıq proqramına əsasən Hesab Koin toplayan istifadəçilər 2-QAT Koin, Bonus toplayan istifadəçilər isə, 2-QAT Bonus qazanacaqlar.
Hesab Koin, Hesab.az istifadəçilərinə “Qazananlar Klubu” loyallıq proqramının seçimlərindən biri olaraq təqdim olunur. Hesab Koinlərə “Dərhal dəyiş” bölməsində hədiyyə və endirimlər təklif olunur. Eyni zamanda ödənişlər qarşılığında qazanılan Hesab Koinlər AZN-ə dəyişdirilməklə müxtəlif ödənişlər üçün də sərf edilə bilər. “Qazananlar Klubu”-nun növbəti seçimi - Bonuslar isə, istifadəçilər tərəfindən müxtəlif kampaniya və endirimlərə dəyişdirilə bilər.
Bakcell şirkəti ölkənin ən genişmiqyaslı loyallıq proqramlarından birini həyata keçirməklə öz abunəçilərini eksklüziv endirimlər və güzəştlərlə təmin edir. Azərbaycanda ən uğurlu loyallıq proqramlarından biri hesab olunan “Ulduzum”un geniş partnyor şəbəkəsi yüzlərlə yerli və beynəlxalq tərəfdaşın satış və xidmət nöqtəsini özündə birləşdirir.
Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin və digər xidmətlərin ödənişi artıq daha sərfəlidir! Kampaniyadan faydalanmaq və daha ətraflı məlumat əldə etmək istəyənlər qaydalarla buradan tanış ola bilər.
Hesab Koinlər haqqında daha ətraflı.
İstifadəçilərini hər zaman xüsusi kampaniyalarla sevindirən GoldenPay/Hesab.az şirkətinin fəaliyyəti haqqında daha ətraflı məlumatı www.hesab.az saytından, *0713 Çağrı Mərkəzindən və ya platformanın Facebook, İnstagram səhifələrindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
14 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 14 saat əvvəl
-
16 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























