Azercell genişmiqyaslı layihəyə start verdi
Layihə şəbəkəsinin genişləndirilməsi və modernləşdirilməsi üzrədir.Abunəçilərinin dinamik şəkildə artan ehtiyaclarını nəzərə alan Azercell ölkə boyunca 4G (LTE) şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsi və ötürmə qabiliyyətinin artırılması üzrə daha bir irimiqyaslı layihəyə start verdi.
Şirkətdən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, bu proqram çərçivəsində növbəti 18 ay ərzində 300-dən çox yeni baza stansiyanın quraşdırılması və 1600-ə yaxın mövcud stansiyanın təkmilləşdirilməsi nəzərdə tutulur. Beləliklə, ölkənin aparıcı mobil operatorunun LTE stansiyalarının ümumi sayı 3200-ü ötəcək.
Layihənin icrası nəticəsində Azercell-in 4G şəbəkəsinin tutumu Bakı və Abşeron yarımadasında 80%, rayonlarda isə 75% artacaq. Bu da, öz növbəsində, abunəçiləri yüksək ötürülmə sürəti, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, eləcə də sosial şəbəkələr, multiplayer oyunları, interaktiv onlayn proqramlar, videokonfranslar, video zənglər və bir çox digər rəqəmsal həlləri özündə cəmləşdirən multimedia xidmətlərinə sürətli çıxış imkanı ilə təmin edəcək.
Azercell-in şəbəkənin genişləndirilməsi və modernləşdirilməsi layihəsi işğaldan azad edilmiş əraziləri də əhatə edir. Vətənə geri qaytarılan torpaqlarımızda ilk mobil infrastrukturu qurmağa müvəffəq olan Azercell, Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər rayonları, İstisu, Hadrut, Suqovuşan qəsəbələri, Xocavənd və Laçın rayonlarına aid bir çox kənd və digər əraziləri öz şəbəkəsi ilə əhatə edib. Qeyd olunan rayonlarda Azercell artıq 80-dan çox baza stansiyası quraşdırıb və bu istiqamətdə apardığı işləri planlı şəkildə davam etdirməkdədir.
Onu da qeyd edək ki, operator ötən il 4G (LTE) yüksəksürətli mobil interneti Bakı Metropoliteninin bütün stansiya və tunellərində əlçatan edib.
"Azercell öz infrastrukturunun genişləndirilməsi və modernləşdirilməsinə sərmayə yatırmağı davam edəcək. Bu, şirkətə Azərbaycan bazarında yeni nəsil texnologiyaların tətbiqi üçün zəruri platformanı təmin etməyə imkan verəcək. Eyni zamanda, Azercell aktiv şəkildə telekommunikasiya sənayesinin ən son tendensiyalarına cavab verən məhsul və rəqəmsal həlləri ərsəyə gətirməyi davam edir",- məlumatda bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 24 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 2 saat əvvəl
-
3 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
-
4 saat əvvəl
Dünya səviyyəli robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək
- 4 saat əvvəl
-
5 saat əvvəl
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
-
5 saat əvvəl
Azerconnect Group NVIDIA-nın süni intellektlə bağlı tədbirində iştirak edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Ən çox oxunanlar
PAŞA Bank: 20 min manatadək sifariş verən investorların sifarişlərinin 100 faiz təmin ediləcəyi ehtimalı yüksəkdir
“AzerGold” QSC-də Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib
SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində
Türkiyənin ən dəyərli 5 brendi açıqlanıb





















