İnfuzion məhlulların istehsalı zavodu tikiləcək - 13,7 MİLYON MANATLIQ LAYİHƏ
“Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) və “Diamed Development Group” MMC şirkəti arasında İnfuzion məhlulların istehsalı zavodunun tikilməsinə dair investisiya müqaviləsi imzalanıb.
1999-ci ildə yaradılmış “Diamed Development Group” MMC səhiyyə sahəsində tibbi ləvazimatların istehsalı və satışı üzrə ixtisaslaşmışdır və 115 nəfərlik işçi heyətinə malikdir.
AİŞ-in yaydığı məlumatda bildirilir ki, “Diamed Development Group” MMC ilə AİŞ arasında qeyd edilən layihə ilə bağlı danışıqlara 2020-ci ildə başlanılmışdır. Layihənin əsas məqsədi İnfuzion məhlulların (su tərkibli dərman) istehsalı zavodunun təşkil edilməsidir. Bu məhlullar insan orqanizmində su-elektrolit balansını tamamlanması və qorunması və optimal metabolizmin təmin olunması üçün parenteral terapiya üçün istifadə olunur. Layihə çərçivəsində əsasən Natrium xlorid 0.9%, Ringer laktat və Qlükoza 5% məhsulların istehsalı nəzərdə tutulur. Layihənin iqtisadi cəhətdən səmərəli və rentabelli olduğunu, eləcə də idxaldan asılılığın azadılması və yerli istehsala dəstəyi nəzərə alaraq AİŞ sözügedən zavodun tikilməsini yüksək qiymətləndirilmiş onun maliyyələşdirilməsinə qərarına gəlmişdir.
Ümumi dəyəri 13.7 milyon manat olan layihədə AİŞ-in payı 20% təşkil edir.
Pirallahı rayonunda yerləşəcək ilik istehsal gücü 20 mln. ədəd məhsul olan müəssisədə 100 nəfərədək yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Qeyd edək ki, "Azərbaycan İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyəti dövlət başçısının "İnvestisiya Fəaliyyətinin Təşviqi üzrə Əlavə Tədbirlər haqqında" 2006-cı il 30 mart tarixli Sərəncamı ilə yaradılıb. 2020-ci ilin ortalarından etibarən AİŞ-in yeni investisiya siyasəti və şirkətin yeni inkişaf strategiyası hazırlanıb, daxili strukturu təkmillləşdirilib. İnvestisiya portfelinin sağlamlaşdırılması və optimallaşdırılması, həmçinin investisiya qaydalarının və və prosedurlarının təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
45 d. əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
1 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
6 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 6 saat əvvəl
-
6 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
6 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
















.webp)








