Azərbaycan Özbəkistanla müştərək klaster yaradır, 6 rayonda torpaq sahələri bu klasterə veriləcək
Bu il avqustun 1-də Daşkənddə hər iki ölkənin rəsmi nümayəndələrinin iştirakilə ikitərəfli danışıqlar, həmçinin Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının 11-ci iclası keçirilib. Tədbirlər zamanı ikitərəfli əməkdaşlığın cari gündəliyi, onun genişləndirilməsi üçün gələcək addımlar müzakirə olunub və bir sıra razılaşmalar əldə edilib.
Marja.az-ın məlumatına görə, Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev bildirib ki, hazır məhsulların üçüncü ölkələrin bazarlarına ixracı üçün Azərbaycanda birgə ipəkçilik və toxuculuq klasterlərinin inkişafı ilə bağlı müəyyən razılığa gəlinib.
"Xüsusilə “Az-Silk”in bazasında ipəkqurdunun yetişdirilməsi və emalı üçün Bərdə ətrafındakı 6 rayonda torpaq sahələrinin mövcud müştərək klasterə verilməsi barədə razılaşma olub ki, bu layihənin investisiya dəyəri 1 milyon dollardır. Bununla yanaşı, hazır məhsulun Avropa, MDB və Türkiyə bazarlarına ixracı üçün Azərbaycan investisiyaları hesabına Ələt Azad İqtisadi Zonasında və Mingəçevir sənaye parkında birgə toxuculuq müəssisələrinin, Yevlax pilot aqroparkında 50 hektar sahədə ipəkqurdu yetişdirilməsi üçün intensiv bağın, 2023-cü ilin birinci rübündə məhsuldar tinglərinin inkişafı üçün “in-vitro” laboratoriyasının yaradılması nəzərdə tutulur. Yüksək keyfiyyətli tekstil məmulatlarının istehsalında Özbəkistan təcrübəsinin tətbiqi planlaşdırılır".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
4 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
9 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
9 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ



















.webp)







