Azərbaycan xaricə neft-qaz satışından super gəlir əldə edib
2022-ci ilin 7 ayında neft-qaz sektoruna daxil olan malların ixracının statistik dəyəri 21 milyard dollara yaxın olub.2022-ci ilin ilk 7 ayı ərzində Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracının statistik dəyəri 20 milyard 883 milyon 49 min ABŞ dolları təşkil edib.
Marja.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilmiş xam neftin statistik dəyəri 12 milyard 397 milyon 710 min dollar, ixrac edilmiş təbii qazın statistik dəyəri isə 8 milyard 219 milyon 974 min dollar olub.
2022-ci ilin ilk 7 ayı ərzində Azərbaycanın 22 milyard 565 milyon 90 min dollarlıq cəmi ixracının 92.55%-ni neft-qaz sektoruna daxil olan mallar formalaşdırıb.
Azərbaycanın qaz ixracından gəlirləri 4 dəfə artıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 8 milyard 219 milyon 974 min ABŞ dolları 12 milyard 704 milyin 180 min kubmetr təbii qaz ixrac edib. 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə ixrac olunan qazın həcmi 5,3%, dəyəri isə 4,08 dəfəyə yaxın artıb.
Azərbaycanın bu il neft ixracından gəlirləri 63% artıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycan xaricə 12 milyard 397 milyon 710 min ABŞ dolları dəyərində 16 milyon 414 min 905 ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Məlumata görə, ixrac olunan xam neft və xam neft məhsullarının həcmi 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 4,04% azalsa da, dəyəri 63,4% artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 20 saat sonra
-
-
3 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi























