Şuşaya 10 000-ci sərnişin yola salınıb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin təşkil etdiyi müntəzəm avtobus marşrutu ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya 10000-ci sərnişin səfər edib.
Xidmətin yaydığı məlumatda bildirilir ki, Gülnar Kamal qızı Orucova bugünkü reys ilə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola salınıb.
Əslən şuşalı olan, 5 yaşında ailəsi ilə Şuşanı tərk edən Gülnar Orucova 30 ildən sonra atası Kamal Həsənovla birgə doğma şəhərini ziyarətə gedib.
Gülnarə Orucova qeyd edib ki, ailəsi məcburi köçkün olaraq Qəbələdə məskunlaşıb, buna baxmayaraq onlar Şuşaya bağlı ruhda böyüyüblər. “Şuşa haqqında valideynlərimdən o qədər xatirələr eşitmişəm ki, mənə elə gəlir, bütün ömrümü Şuşada keçirmişəm”, – deyə Gülnar Orucova bildirib.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev təntənəli yolasalma mərasimində Gülnar Orucovaya “10000-ci sərnişin sertifikatı” və hədiyyə təqdim edib. Xidmət rəisi bildirib ki, işğaldan azad olunmuş ərazilərə 24 yanvar 2022-ci il tarixindən etibarən həyata keçirilən səfərlərə maraq olduqca böyükdür. “Bu günədək müəyyən edilmiş istiqamətlər üzrə 312 reys həyata keçirilib, 13069 nəfər Şuşa, Ağdam və Füzuli şəhərlərini ziyarət edib. Bu gün isə Şuşaya 10000-ci sərnişini yola salırıq”, – deyə Anar Rzayev vurğulayıb.
Qeyd edək ki, müəyyən olunmuş istiqamətlər üzrə bilet satışı www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada həyata keçirilir. Təhlükəsizliyin təmin edilməsi, işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin bilet alışı prosesi ilə sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək şəxslərin müəyyənləşməsi üçün onlayn bilet satışı portalı müvafiq informasiya sistemlərinə inteqrasiya edilib. Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş edirlər. Müəyyən imtiyazlı şəxslərə ildə bir dəfə bu istiqamətlər üzrə pulsuz bilet almaq imkanı yaradılıb. Bu kateqoriyaya Vətən Müharibəsi Qəhrəmanları, Milli Qəhrəmanlar, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri aiddir.
Sərnişindaşımanı həyata keçirən sürücüləri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) mina təhlükəsizliyinə dair təlimlərə cəlb edib. Onlara əsas təhlükəsizlik qaydalarına dair təlimat kitabçaları təqdim olunub. Sərnişinlərin məlumatlandırılması və təlimatlandırılması üçün avtobuslarda mina təhlükəsizliyi ilə bağlı videoçarxlar nümayiş etdirilir.
Səfər zamanı təhlükəsizliyin təmin olunması məqsədilə sərnişinləri polis əməkdaşları müşayiət edir. Şuşa, Ağdam və Füzuli şəhərlərində sərnişinlər tarixi, mədəni və dini abidələri ziyarət edirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























