Hər 100 manatdan 86 manatı ödənişə yönəldilib - ən gəlirli və ən zərərli sığorta növləri
Sığorta şirkətləri üçün ən gəlirli və ən zərərli sığorta növləri məlum olubAzərbaycan Mərkəzi Bankı 2022-ci ilin yanvar-iyul ayları üzrə sığorta bazarının maliyyə göstəricilərini açıqlayıb.
Sığorta şirkətləri üçün ən zərərli sığorta növü (digər icbari sığorta növləri çıxılmaq şərtilə) avtomobillərin icbari sığortası (NVSMMİS) olub. Sığorta şirkətləri bu sığorta növü üzrə topladıqları hər 100 manatdan 86 manatını ödənişə yönəldiblər. Həyatın yaşam sığortası üzrə ödəniş yığım nisbəti 56,1%, könüllü tibbi sığorta üzrə 53,3%, KASKO sığorta üzrə isə 42,6% təşkil edib.
Sığorta şirkətləri üçün ən gəlirli sığorta növü hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası olub. Bu sığorta növü üzrə 6,6 milyon manat sığorta haqqı toplansa da, hər hansı ödəniş olmayıb. Göstəricilərə əsasən ən gəlirli sığorta növləri sıranda kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası ( 4,4 milyon manat), su nəqliyyat vasitələrinin sığortası (3,4 milyon manat) və peşə məsuliyyətinin sığortası (658 min manat) yer alıb.
Qeyd edək ki, sığorta növlərinin zərərliliyi üzrə göstəricilər daha ətraflı cədvəldə qeyd edilib.


© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
5 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir





















