Fed sədrinin çıxışı ən varlı amerikalıların 78 milyard dollarını sildi
ABŞ Mərkəzi Bankının (Fed) sədri Cerom Pauellin (Jerome Powell) cəmi 8 dəqiqə davam edən çıxışı Amerikanın ən zəngin insanlarının sərvətindən 78 milyard dolları silən bir bazar çöküşü yaradıb.
Marja.az Bloomberg Milyarderlər İndeksinə istinadən xəbər verir ki, çıxışdan sonra satış dalğası nəticəsində İlon Maskın sərvətindən 5,5 milyard dollar silinib. Ən böyük itki isə 6,8 milyard dollarla Ceff Bezosun olub. Bill Qeyts və Uorren Baffetin sərvəti isə müvafiq olaraq 2,2 milyard və 2,7 milyard dollar azalıb. Sergey Brin sərvəti 100 milyard dollardan aşağı düşüb.
Powell Jackson Hole simpoziumunda etdiyi çıxışında FED-in faiz artıracağını və müəyyən müddət ərzində yüksək faiz tətbiq edəcəklərini bildirib. Beləliklə Pauell, səhmlərin sonuncu dəfə bahalşmasına səbəbi olan "Fed-in 2023-cü ilin əvvəlində faiz dərəcələrini aşağı salacağına dair gözləntiləri" təkzib edib.
S&P 500 cümə günü 3,4 faiz düşüb. Microsoft, Amazon, Tesla və Alphabet kimi texnologiya şirkətlərinin səhmlərinin ticarət olunduğu Nasdaq 100, cümə günü 4 faizdən çox dəyər itirib.
Bu il az sayda milyarder sərvətini artıra bilib. 2022-ci ilin birinci yarısında dünyanın ən varlı 500 adamının sərvətindən 1,4 trilyon dollar silinib. Bununla belə, itkilərin bir hissəsi ABŞ səhmlərində iyul ayında baş verən "ralli" ilə kompensasiya edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 11 d. əvvəl
- 14 d. əvvəl
- 16 d. əvvəl
- 17 d. əvvəl
- 20 d. əvvəl
- 21 d. əvvəl
- 12 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Ən çox oxunanlar
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu







.jpg)








