Azərbaycanın aparıcı İT şirkəti ölkə xaricində 5,5 milyon manat gəlir əldə edib
“Bestcomp Group” 2021-ci ili 9 milyon 10 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2020-ci ili 9 milyon 704 min manat xalis mənfəət ilə bağlamışdı (ötən il xalis mənfəəti 7,2% azalıb).
Marja.az xəbər verir ki, “Bestcomp Group”un Azərbaycanda satışdan gəlirləri 2020-ci ildə 124 milyon 818 min 778 manat ikən, 2021-ci ildə 113 milyon 345 min 123 manata düşüb (9,2% azalıb).
Ötən il “Bestcomp Group” ölkə hüdudlarından kənarda 5 milyon 488 min 902 manat gəlir əldə edib.
2021-ci ildə “Bestcomp Group”un cəmi gəlirləri 118 milyon 983 min 691 manat, cəmi xərcləri 109 milyon 973 min 260 manat təşkil edib. 2020-ci ildə şirkətin cəmi gəlirləri 124 milyon 805 min 31 manat, cəmi xərcləri 115 milyon 100 min 674 manat təşkil etmişdi.
1995-ci ildə yaradılan “Bestcomp Group” şirkəti Cənubi Qafqaz və Orta Asiyanın aparıcı İT şirkətlərindən biridir. Beynəlxalq qabaqcıl şirkətlərlə yaxından əməkdaşlıq edərək, “Bestcomp Group” geniş çeşiddə məhsul və xidmətlər təklif edir. Bura sistem inteqrasiyası, məlumat mərkəzi həlləri, şəbəkə həlləri, enerji təminatı və soyutma sistemləri, tətbiqetmələr və proqram təminatının hazırlanması, İT sahəsində məsləhət xidmətləri, o cümlədən, distribüsiya xidmətləri daxildir.
“Bestcomp Group” 2020-ci və 2021-ci ildə Tacikistanda tenderdə qalib olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
7 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
12 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
12 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
















.webp)









