"Azertexnolayn" şirkətinin ixracı artırmaqda davam edir - Sədr Emruz İsgəndərov
“Azmade Group” şirkətlər qrupuna daxil olan “Azertexnolayn” MMC 2022-ci ildə 8 ayı ərzində 6 milyon dollar məbləğində sənaye məhsullarının xarici bazarlara ixracını həyata keçirib. Bu rəqəm isə ötən ilin nəticəsindən 30 % artıqdır.
Marja xəbər verir ki, bunu Şirkətin Müşahidə Şurasının sədri Emruz İsgəndərov bildirib.
Şirkət 10 ildir ölkədə neft və qaz, su təchizatı, inşaat, kənd təssərüfatı, nəqliyyat, maşınqayırma kimi sektorların mühüm layihələrinin əsas təlabatı olansənaye məhsullarının yerli istehsalını həyata keçirir. Qurumun tərkibində 3 zavod, 1 istehsal sahəsi və son dərəcə müasir laboratoriya xidməti mövcuddur. Polad Boru Zavodu, Polietilen Məmulatlar Zavodu və Çuqun Töküm Zavodu əsas zavodlardandır. Zavodlarda 19 adda 62 çeşiddən artıq yerli tələbatı və ixrac potenisialı yüksək olan sənaye məhsulları istehsal edilir.
"Hazırda “Made in Azerbaijan” brendi altında yerli sənaye məhsullarımız Avropanın 13 mühüm ölkəsinə və yaxın region ölkələrindən 6 ölkəyə ümumilikdə 19 dünya ölkəsinə məhsullarımız ixrac olunur. Məhsullarımız rəqabətqabilyyətli olduğundan bu ölkələr hər il müqavilə müddətini uzadır ki, bu da ildən ilə ixrac həcmimizin artmasına səbəb olur", - Şirkətin Müşahidə şurasının sədri deyib.
Emruz İsgəndərov bildirib ki, gələcəkdə əsas vəzifə şirkətin fəliyyətində məhsuldarlığın artırılması ilə yanaşı gəlirlərin də artırılmasıdır. Bu məqsədlə təlabatı yüksək olan yeni inovativ sənaye məhsulların istehsalı, işçilərin bilik və bacarıqlarının artırılması, ixrac coğrafiyasının daha da genişləndirilməsi, yeni bazarlara çıxışın əldə edilməsilə ixrac bazar payının artırılması əsas prioritetlərdəndir:
"Bu il bir neçə beynəlxalq sərgidə məhsullarımız uğurla nümayiş olunub və yüksək marağa səbəb olub. Növbəti ayda isə Özbəkistan Respublikasının Daşkənd şəhərində keçiriləcək daha bir beynəlxalq sərgidə də məhsullarımız təqdim ediləcək".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
6 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
10 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 10 saat əvvəl
-
10 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
10 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ


















.webp)










