“İmprotex İndustries” şirkəti ADEX sərgisində yeni model yerli istehsal minatəmizləyən texnikaları təqdim etdi
(®) Daha əvvəl “Teknofest Azərbaycan” sərgisində piyada əleyhinə minatəmizləyən “Revival P” texnikasını nümayiş etdirən “İmprotex Industries” MMC, müdafiə sənayesində daha bir ilkə imza ataraq ADEX 2022 sərgisində “Revival T” tank əleyhinə minatəmizləyən texnikanın prototipini təqdim edir.
“4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi” sərgisində “İmprotex İndustries” zavodu öz yerli istehsalı olan “Revival P” və “Revival T” minatəmizləmə texnikalarını, mina aşkarlama və yanğınsöndürən robotları, zirehlənmiş xüsusi texnika, və yanğınsöndürən maşın ilə sərgidə iştirak edir.
Yeni istehsal edilmiş “Revival T” tank əleyhinə minatəmizləyən texnikanın prototipi 11 kq-a qədər TNT-yə davamlıdır və 360° dərəcə videogörüntünü təmin edən FPV qoruyucu kamera və 10”1 düym HD ekran ilə təchiz olunmuşdur. Tamamilə uzaqdan idarə etmə sistemi ilə 2000 metr məsafədən idarə oluna bilir və ANAMA tərəfindən istifadə edilən xarici texnikaların bütün parametrləri ilə uyğunluq təşkil edən bu qurğunun mina təmizləmə qabiliyyəti 4500 m2/saat – a qədər layihələndirilmişdir. Qarabağın minalanmış ərazilərin təmizlənməsi üçün hazırlanmış olan bu texnika həmçinin -20° + 55° C dərəcədə işləmə potensialına malikdir.
“İmprotex İndustries” MMC-nin Üst Qurğuları və metal konstruksiyaları zavodunda istehsal etdiyi “Revival P” piyada əleyhinə mina təmizləmə qurğusu minalı ərazilərin öncədən aşkarlanaraq məhv edilməsini icra edə bilən, digərlərindən 11% daha geniş Flayerə malik olub, 0°C ilə 55°C temperatur diapazonunda mina təmizləmə əməliyyatlarını yerinə yetirə bilən texnikadır. Partlayışa dayanıqlı 80x yaxınlaşdıra bilən 360° PTZ kamera görüntü izləmə imkanı ilə təmin olunan “Revival P”, daha dayanıqlı və yüksək temperatura dözümlü TUF metal materiallarla təchiz olunmuşdur. Qeyd edək ki, “Revival P” piyada əleyhinə minatəmizləyən texnikası artıq bir neçə aydır ki, Qarabağda ANAMA tərəfindən keçirilmiş sınaqlarda iştirak etmiş və texnikanın göstəriciləri və iş qabiliyyətib mütəxəssislər tərəfindən müsbət qiymətləndirilmişdir.
Bunlarla yanaşı “İmprotex İndustries” MMC sərgidə nümayiş etdirdiyi STANAG 4569 standartına cavab verən zirehlənmiş xüsusi texnika nümayiş etdirir. Sərgidə nümatiş etdirilən zirehli texnika və zirehlər xarici mütəxəssislər və qiymətləndirmə firmaları tərəfindən sertikatlaşma mərhələsindədir.
9 ildir ki, fəaliyyət göstərən “İmprotex Industries” MMC müasir və yüksək texniki avadanlıqları ilə Qafqaz regionunda qabaqcıl metal konstruksiya zavodudur. Zavod 1 200 ədəd idxalı əvəz edən müxtəlif təyinatlı üst qurğuları, qoşqu və yarımqoşqular, metal konstruksiya işləri ilə ölkədə böyük həcmdə istehsal potensiala malik olan zavodlardan biridir. Zavod daim yeniliklərə can atıraq yeni layihələndirilmiş layihələrə və araşdırmalara yatırım etməkdədir və hər il yeni məhsulla ictimaiyyətin qarşısına çıxır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
-
2 saat əvvəl
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
-
3 saat əvvəl
33 min 615 baş heyvanın alınmasına 89,8 milyon manat məbləğində güzəşt tətbiq edilib
-
4 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15% olan istiqrazlar ticarətə buraxılacaq - TARİX
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Dino Park": 3 və daha çox uşağı olan ailələr üçün 20% endirim tətbiq olunacaq
-
4 saat əvvəl
Süd məhsullarının istehsalçılarına ubsidiyaların verilməsi planlaşdırılır
-
4 saat əvvəl
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
-
4 saat əvvəl
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
-
5 saat əvvəl
Qızılın qiyməti üzrə dünyanın ən yaxşı proqnoz verən qurumları - SİYAHI
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
Ən çox oxunanlar
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
"Azər-Türk Bank"ın kredit reytinqləri təsdiqlənib - BANK YENİ STRATEGİYA HAZIRLAYIR










.webp)
















