"Yeni məktəbli formaları ilə bağlı qərar gec verilib, tikib çatdırmaq mümkün deyil"
"Məktəb direktorları valideynləri məcbur edirlər. Niyə direktorlar barədə ölçü götürülmür? Niyə onlara başa salınmır ki, valideynləri incitməsinlər".Bakı Tikiş Evinin qarşısında izdiham yaşanır. 3 gün sonra yeni tədris ilinin başlaması ilə əlaqədar valideynlərin məktəbli geyimləri əldə etmək üçün Bakı Tikiş Evinin qarşısına toplaşması böyük izdihama səbəb olub.
Bakı Tikiş Evinin (BTE) Satış şöbəsinin rəisi Etibar Əzimov açıqlamasında bildirib ki, yeni məktəbli formaları ilə bağlı qərar gec verilib, ona görə də formaları tikib çatdırmaq mümkün deyil.
O söyləyib ki, qərardan sonra da bu məsələyə cavabdeh olanlardan heç kim müəssisəyə müraciət etməyib:
“Bizim heç kimlə müqaviləmiz yoxdur. Dörd rəngdən hansının tikilməsi belə deyilməyib. Bizim əsas işimiz güc strukturlarının formalarını tikməkdir. Onu axsada bilmərik. Çünki tender olub və həmin nazirliklərlə müqaviləmiz var. Əlavə vaxt və imkan daxilində istədik ki, məktəbli formaları da istehsal edək. Gündə təxminən 1500 ədəd məktəbli forması istehsal edib, satışını təşkil edirik. Bu saydan artığına bizim gücümüz çatmır. Çünki biz özəl müəssisəyik və kreditlə işləyirik. Dövlət yardımımız yoxdur. Bu səbəblərdən tək müəssisə Bakı məktəblərinin tələbini qarşılaya bilməz. Başqa əlavə müəssisə məktəbli forması istehsal etmir”.
E.Əzimov vurğulayıb ki, izdihama səbəb məktəb direktorlarının valideynləri məcbur etməsidir:
“Göndərirlər ki, mütləq alınmalıdır. Niyə? Elm və təhsil naziri də yeni məktəbli formalarının alınmasının könüllü olduğunu deyib. Məcburiyyət yoxdur. Amma məktəb direktorları valideynləri məcbur edirlər. Niyə direktorlar barədə ölçü götürülmür? Niyə onlara başa salınmır ki, valideynləri incitməsinlər. Yaranan ajotaja səbəb məktəb direktorlarıdır. Anbarımızda köhnə məktəbli formaları var. Amma heç kim istəmir. Hamı yenisini istəyir. Məktəbli formaları 1-4-cü siniflər üçün məcburdu. Yuxarı siniflərdə oxuyan şagirdlərin valideynləri də gəlir ki, forma verin”.
Şöbə müdiri valideyinlərə müraciət edib: “Biz davamlı olaraq formaları istehsal edəcəyik. Hamısını birdən istehsal etmək mümkün deyil. Başqa müəssisələr varsa, satışa çıxarsın. Var, amma keyfiyyəti o qədər də yaxşı deyil”.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
8 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
9 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
13 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 13 saat əvvəl
-
13 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
13 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ



















.webp)






