Daha 9 şəxsə “Startap” şəhadətnaməsi verilib - SİYAHI
içik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 9 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 58-ə çatıb.
Marja.az KOBİA-ya istinadən xəbər verir ki, “Startap” şəhadətnamələri "Softpress" MMC-nin nağdsız bəxşiş ödəmə sistemi, "Clopos" MMC-nin restoran və kafelər üçün POS terminal proqram təminatı, "E-sayar" QSC-nin onlayn mühasibat uçotu proqramı, "Travel Qrup" MMC-nin onlayn səyahət, işgüzar səfər və təhsil vizası xidmətləri göstərən elektron platforması, "YER xSP" MMC-nin bulud xidmətlərinin təşkili, "Satelyzer" MMC-nin kənd təsərrüfatı üçün peyk data xidmətləri, İlqar Məmmədovun Azərbaycan dilində plagiarizmi təyin edə bilən onlayn platforması, Nəriman Qaraxaninin praktik tapşırıq əsaslı onlayn təhsil və təcrübə platforması, "Edtesk" MMC-nin kənd təsərrüfatı sahəsində elektron inteqral sxem və interfeys istehsalı layihələri üçün təqdim edilib.
“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 13 milyard dolları keçib
- 3 saat əvvəl
-
4 saat əvvəl
56 manata sığortaladığı əkin sahəsinə görə 5600 manat ödəniş aldı
-
4 saat əvvəl
Qeyri-neft ixracında özəl sektorun ilk onluğu dövlət şirkətlərini qabaqlayıb
-
5 saat əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
5 saat əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
-
5 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
- 5 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Rusiya istehsalı “Baltika” yenidən Azərbaycanda
“Prime Cotton”ın ixracında güclü artım
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
Ən çox oxunanlar
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı























