Hakerlərin mesajı bankları həyəcana salıb
İlk olaraq Çərşənbə günü Ukraynada ortaya çıxan "Petya" və ya "NotPetya" adlı kiber hücum, Avropa və ABŞ-a da sıçrayıb.
"Marja" xəbər verir ki, Ukrayna Mərkəzi Bankı edilən hücumun ölkədəki banklara və şirkətlərə mənfi təsir etdiyini açıqlayıb. Hücumun "bilinməyən bir virus" ilə həyata keçirildiyini qeyd edən mərkəzi bank, "təcavüzdən" əziyyət çəkən bank və şirkətlər haqqında isə detallı məlumat verməyib.
Mərkəzi Bank açıqlamasında "Bu kiber hücum səbəbilə bəzi bankların xidmətlərində və bank əməliyyatlarında problemlər yaşanmışdır" ifadəsi istifadə edilib. Ukrayna Mərkəzi Bankının keçirəcəyi iclasda bu hücumun da gündəmə gəlməsi gözlənilir.
Ukraynanın ən böyük dövlət bankı "Oschadbank" isə verdiyi açıqlamada bəzi xidmətlərinin kiber hücumdan təsirləndiyini ancaq müştərilərinin məlumatlarının etibarda olduğunu bildirib.
24 saat içərisində sürətlə yayılan virus, Ukrayna sərhədlərindən kənara çıxaraq aralarında İngilitərənin reklam şirkəti WPP, Danimarkanın nəqliyyat və neft şirkəti Maersk, ABŞ-ın dərman nəhəngi Merck kimi mühüm şirkətlərə də təsir edib.
MƏLUMATLARI GERİ VERMƏK ÜÇÜN PUL TƏLƏB EDİRLƏR
"Petya" adlı şipyon proqram May ayında baş verən "Wannacry" hücumunda olduğu kimi kompüterlər içərisindəki məlumatları şifrləyir. Hücumu törədənlər məlumatları xilas etmək istəyənlərdən haqq tələb edir. Onların 24 saat içərisində 20 min dollar qazanc əldə etdiyi güman edilir.
Virusa yoluxmuş kompüterlərdə istifadəçilər aşağıdakı mesaj ilə qarşılaşır:
"Əgər bu mesajı görürsünüzsə, artıq məlumatlarınıza daxil ola bilməyəcəyiniz deməkdir. Vaxtınızı boş yerə sərf etməyin. Bizdən başqası fayllarınızı geri gətirə bilməz. Əgər məlumatlarınızı geri istəyirsinizsə aşağıdakı Bitcoin hesabımıza 300 dollar göndərməlisiniz".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 8 d. əvvəl
-
-
11 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 14 d. əvvəl
- 27 d. əvvəl
- 30 d. əvvəl
- 37 d. əvvəl
- 39 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb






.jpg)
.jpg)









.jpg)






