Oktyabrın ilk günlərində rublun ucuzlaşmasının səbəbləri
Oktyabr ayında Rusiya rublu əsas valyutalar qarşısında ucuzlaşıb. Marja xəbər verir ki, bu gün dollar 63 rublu yenidən keçib. Moskva birjasında hərracların açılışında dolların məzənnəsi əvvəlki hərracların bağlanış səviyyəsi ilə müqayisədə 0,95% artaraq 63,29 rubl təşkil edib.
Rusiyalı iqtisadçıların sözlərinə görə, son zamanlar rublun möhkəmlənməsinin əsas amili əhəmiyyətli ticarət profisiti olmuşdu. Lakin idxalın tədricən canlanması ticarət balansının müsbət saldosunun azalmasına şərait yaradır, bu da milli valyutanın məzənnəsini zəiflədir. Hesablamalara görə, oktyabrda müsbət saldo 15-17 milyard dollar diapazonundan aşağı düşəcək.
Xarici valyutaya tələbin artması ilə yanaşı, Ukraynada vəziyyətin daha da gərginləşməsi də rublun zəifləməsinə səbəb olur, bunun da nəticəsində fiziki şəxslərin valyutaya tələbatı artır.
İqtisadçılar bunu da qeyd edirlər ki, bir neçə həftə ərzində, vergi dövrü yaxınlaşdıqca ixracatçıların valyuta satışı artacaq. Bu, rublun müəyyən qədər möhkəmlənməsi mərhələsinə gətirib çıxara bilər. Güman olunur ki, dollar vergi ödənişlərinin pik nöqtəsində 58-60 rubl zonasına qayıtmağa cəhd edə bilər.
Lakin rublun daha çox bahalaşması üçün geosiyasətlə bağlı gərginliyin zəifləməsi, qərb valyutalarının əldə edilməsinin daha da məhdudlaşması lazımdır.
Analitiklərin proqnozuna görə, oktyabrda dolların məzənnəsi 60-65 rubl zonasında qalmağa çalışacaq, eyni zamanda məzənnə 60 rubldan bir az aşağı da düşə bilər.
Qısası, son günlər rubl daha çox geosiyasi amillər fonunda dollara və avroya nisbətən ucuzlaşıb, Yaxın günlərdə də dinamikanın geosiyasi vəziyyətlə müəyyənləşəcəyi bildirilir. Bununla belə, rublun ucuzlaşmasını neft qiymətlərinin artması məhdudlaşdıra bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 d. əvvəl
-
- 9 d. əvvəl
-
26 d. əvvəl
Azərbaycana 4 ayda təxminən 100 milyon dollarlıq buğda idxal olunub -10 FAİZ ARTIB
- 48 d. əvvəl
-
51 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 54 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Kərə yağı idxalı azalıb, bitki yağlarının idxalı isə artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Ən çox oxunanlar
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 25 GÜN
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb






.jpg)















.jpg)

