"İndi Avropadan maşın gətirmək ABŞ-dan idxalla müqayisədə ucuz başa gəlir"
Azərbaycanda avtomobil biznesi ilə məşğul olan şəxslər aktiv şəkildə Avropadan maşın gətirməyə başlayıblar. Bu, ilk növbədə son aylar avronun məzənnəsinin zəifləməsi ilə bağlıdır.
Odur ki, avtomobil idxalçıları koronavirus (COVID-19) pandemiyasına görə, Azərbaycanla quru sərhədi bağlı olan qonşu Gürcüstana üz tutmaqdansa, birbaşa Avropadan nisbətən aşağı qiymətə maşın almağa üstünlük verirlər. Söhbət təbii ki, 2-ci əl avtomobillərdən gedir.
Belə avtomobil idxalçılarından biri olan Teymuraz Nəbiyev deyir ki, indi Avropadan maşın gətirmək ABŞ-dan idxalla müqayisədə də ucuz başa gəlir:
"Biz əvvəllər mühərriki 2 000 kubsantimetrə qədər olan avtomobilləri ABŞ-dan gətirirdik. Ötən ildən logisitikada problemlər meydana çıxdı, xərclər artdı. Odur ki, avtomobilləri yalnız Avropadan gətirməyə başladıq. Avronun ucuzlaşması da qiymətlərdə xeyli fərq yaradıb. Əvvəllər 1 avro 1,9-2 manata bərabər idi, indi isə 1,6-1,7 manatdır. Əsasən Almaniya, Belçika və Polşadan maşın gətiririk və bunun üçün Rusiya ərazisindən keçmirik".
Sahibkarın sözlərinə görə, Avropadan maşın gətirməyin başqa üstünlükləri də var: "Avropada öz adamlarımız var. Onlar maşınları seçib, canlı görüb sonra alırlar. Bunun üçün elan saytlarına baxırıq, həmçinin oradakı avtosalonlarla əməkdaşlıq edirik. Pulu da əvvəldən göndərmirik. Gürcüstan bazarında isə vəziyyət fərqlidir. Maşının özünü görmürsən, onlayn alırsan. Maşın gəlməmiş pulun hamısını göndərirsən. Maşın gələndə səni nə sürpriz gözlədiyini də bilmirsən. Ona görə də indi Gürcüstandan demək olar ki, maşın alan yoxdur".
T.Nəbiyev qeyd edib ki, Avropadan minik avtomobilləri gəmi və yaxud böyük yük avtomobilləri ilə gətirilir:
"Elə adam var, 4-5 ədəd maşın daşıyanı var. Onlar ay ərzində iki dəfə maşın gətirirlər. Hər belə maşına 8 avtomobil yerləşir. Avropadan Azərbaycana 1 maşını gətirmək üçün 600-1000 avro yol xərci hesablanır. Bu, maşının hansı şəhərdə olmasından asılıdır. Elə olur ki, evakuatorla maşın daşıyanın yanına gətirilir. Onun da hər kilometrinə görə əlavə 2 manat hesablanır”.
“Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası” (AADA) İctimai Birliyinin nümayəndəsi, avtomobil bazarı üzrə ekspert Eyyub Əliyev isə deyir ki, Avropa istehsalı olan avtomobillər alıcılar arasında populyar olsa da, Şərqi Asiya ölkələrinin avtomobillərinin də öz həvəskarları var:
"Ümumiyyətlə tələb baxımından Almaniya, Yaponiya, Çin və Cənubi Koreya avtomobilləri öndə gedir. Bu həm 1-ci əl, həm də 2-ci əl avtomobillərə aiddir. Məsələn, alman avtomobillərinin istehsal ili köhnə olsa belə, gündəmdədir. Aşağı büdcəli avtomobil seçən şəxslər əsasən ekonom, ehtiyat hissələri ucuz olan və rahat tapılan avtomobillərə üstünlük verirlər. Orta təbəqədən olan insanlar əsasən krossoverlərə üz tutur. Biz bunu əsasən Çin maşınlarının alışında görürük. Yuxarı təbəqədən insanlar isə Almaniya, Yaponiya, bəzən isə Cənubi Koreya istehsalı olan avtomobilləri seçir”.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 19 d. əvvəl
-
- 25 d. əvvəl
-
32 d. əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
1 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
-
1 saat əvvəl
Unibank şəhid və qazi övladları üçün Şirvanda bayram tədbiri keçirib
-
2 saat əvvəl
Əməkdaşlığın inkişafı üçün Azərbaycan-Niderland Ticarət Palatası təsis edilib
- 3 saat əvvəl
-
4 saat əvvəl
Xırdalanda 2700-dən çox mənzilli kompleksdə mühüm yenilik - RƏSMİ SƏNƏD İMZALANIB
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
Ən çox oxunanlar
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
Köhnə Bakı həyətlərindən gələcəyin yaşayış modelinə
"McDonald's Azərbaycan" şəhid və qazi ailələrinin uşaqları ilə birlikdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd edib - FOTO
Unicapital “Mən də investor ola bilərəm” layihəsini həyata keçirib



















.jpg)




