Yen dollar qarşısında son 32 ilin ən aşağı səviyyəsinə düşüb
Bir dollar 148,87-148,89 yen təşkil edibBazar ertəsi Yapon yeni ABŞ dolları qarşısında 32 ilin minimumunu yeniləyib.
Marja xəbər verir ki, Dollar/Yen məzənnəsi 148,89 yeni görüb.
Dollar/Yapon yeni məzənnəsi sonuncu dəfə bu səviyyələri 1990-cı ilin yayında görmüşdü.
Yenin rekord zəifləməsi Yaponiya Mərkəzi Bankının faizini mənfi səviyyədə saxlaması ilə əlaqədardır. İnflyasiyanın qarşısını almaq üçün Qərb ölkələrinin mərkəzi bankları faizlərini artırıblar, Yaponiya Mərkəzi Bankı isə bazarı stimullaşdırmaq üçün faizini mənfi səviyyədə saxlayır. Faiz dərəcələrindəki uçurum fonunda Yenin ucuzlaşamsı davam edir.
Yumşaq pul siyasətinin yeninin zəifləməsinə və qiymətlərin artmasına səbəb olması ilə bağlı tənqidlərə baxmayaraq, Yaponiya Mərkəzi Bankının rəhbəri Haruhiko Kuroda tənzimləyicinin heç bir tədbir görmək niyyətində olmadığını dəfələrlə bəyan edib. Sentyabrın sonunda növbəti dəfə faiz dərəcəsi mənfi 0,1% səviyyəsində saxlanmasına qərar verilib.
Sentyabrın sonunda Yaponiya hakimiyyəti 1998-ci ildən bəri ilk dəfə olaraq milli valyutanın məzənnəsini sabitləşdirmək üçün valyuta intervensiyaları (dollar satıb yen alıb) həyata keçirib ki, bu da yenin qısamüddətli möhkəmlənməsinə səbəb olub (Bir dollar 145 yen səviyyəsindən 140 yen səviyyəsinə düşmüşdü). Lakin sonra zəifləmə yenidən sürətlənib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
9 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)










.jpg)




