Aksizli məhsulların Azərbaycandan Rusiyaya ixracı asanlaşdı
Rusiya hökumətinin müvafiq qərarı ilə oktyabrın 7-dən “Yaraq-Qazmalar” beynəlxalq avtomobil gömrük sərhəd buraxılış məntəqəsində aksizli malların rəsmiləşdirilməsi üçün məntəqə müəyyən edilib. Bu, sahibkarlara aksizli malların, xüsusilə şərab və spirtli içkilərin ixracının genişləndirilməsinə əlavə imkanlar yaradacaq.Məlum olduğu kimi, əvvəllər Azərbaycan-Rusiya sərhədində aksizli malların rəsmiləşdirilməsi üçün xüsusi gömrük postunun olmaması Azərbaycan məhsulları üçün ənənəvi bazarlardan hesab edilən Rusiya Federasiyasına şərab və spirtli içkilərin ixracının genişləndirilməsində çətinliklər yaradır, ixrac olunan məhsulların bahalaşmasına, vaxt itkisinə, rəqabət qabiliyyətinin aşağı düşməsinə gətirib çıxarırdı.
Marja.az Azərbaycan İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bunları nəzərə alaraq, aksiz postunun müəyyən edilməsi ilə bağlı Azərbaycan və Rusiyanın aidiyyəti qurumları arasında keçirilən görüşlərdə bu məsələ vaxtaşırı olaraq qaldırılıb, müxtəlif platformalar vasitəsilə prosesin sürətləndirilməsi istiqamətində işlər aparılıb.
"Görülmüş işlərin nəticəsi olaraq, Rusiya hökumətinin müvafiq qərarı ilə oktyabrın 7-dən “Yaraq-Qazmalar” beynəlxalq avtomobil gömrük sərhəd buraxılış məntəqəsində aksizli malların rəsmiləşdirilməsi üçün məntəqə müəyyən edilib. Bu, sahibkarlara aksizli malların, xüsusilə şərab və spirtli içkilərin ixracının genişləndirilməsinə əlavə imkanlar yaradacaq", - Azərbaycan İqtisadiyyat Nazirliyindən bildirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 51 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























