“Aqrar Sənaye Bankı və İnnovasiya və İnkişaf Bankı yaradıla bilər"
Millət vəkili Vahid Əhmədov Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında “2017- ci ilin dövlət büdcəsinə dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edib.
Deputat bildirib ki, dünya iqtisadiyyatında baş verən təlatümlər fonunda Azərbaycan iqtisadiyyatındakı dəyişikliklər müsbət hesab edilir: “Büdcənin xərc hissəsi 1 milyard civarında nəzərdə tutulub. Azərbaycan Dövlət Neft Şirkətinə, Əmənətlərin Sığortalanması Fonduna vəsait ayrılıb. SOCAR-a ayrlmış vəsait “Azəriqaz”da qazla əlaqədar itkilərin baş verməsi ilə bağlıdır. Amma “Azəriqaz” itkilərin qarşısını almaq üçün tədbirlər planı işləyib hazırlamalıdır.
Beynəlxalq Banka avadanlıq emissiyyası ilə bağlı 4 milyard vəsaitin ayrılması nəzərdə tutulub. Bu da dövlət imicinin qorunub saxlanılması üçün vacibdir. Bundan əlavə, əgər biz iqtisadiyyatın inkişafına nail olmaq istəyiriksə, real sektora vəsaiti ayırmağı da diqqətdə saxlamalıyıq”.
Deputat ƏIi Məsimli çıxışında isə qeyd edib ki, neft dövründən qalan problemlərin həllinə də vəsait ayırırıq: “ Hesab edirəm ki, bankları düşdüyü vəziyyətdən çıxarmaq lazımdır, nəinki onların lisenziyalarını əldən almaq. Eyni zamanda iki yeni bank da yaradıla bilər. Bunlar Aqrar Sənaye Bankı və İnnovasiya və İnkişaf banklı ola bilər. Bunun üçün də yaxşı olardı ki, Bank Məcəlləsinin qəbulu sürətləndirilsin.
Tahir Kərimli Milli Məclisə bəzən qurumlar mexaniki aqreqat kimi baxırlar: “Büdcə müzakirə olunarkən fikirlərimizi bildirmişdik. Mən qorxuram ki gələcəkdə də bəzi dediklərimiz nəzərə alınmasın. Məgər büdcə təsdiq olunanda bütün xərclər görünmürdü? Büdcə qalığı hesabına kəsirin silinməsini görmək mümkün deyildimi? Ona görə də çıxışlarımızda demişdik ki, xərcləri artırmaq lazım idi. Niyə biz 6 ay itirdik? Bəzən şübhə edirəm ki, biz bazar iqtisadiyyatına keçməmişik, yoxsa Karl Marksın dediyi fikirlərin bəlasına düşmüş olardıq”.
© Qafqazinfo
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
4 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir













.jpg)







.jpg)
