"Yapı Kredi Bank Azərbaycan" 2022-ci ilin üçüncü rübünü mənfəətlə başa vurub!
“Yapı Kredi Bank Azərbaycan” QSC faiz və qeyri-faiz gəlirlərini artırmağa müvəffəq olub.
Bankın yaydığı press-relizdə bildirilir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 10% artaraq 18.5 milyon manat, qeyri-faiz gəlirləri 34% artaraq 13,4 milyon manat təşkil edib. Ümumilikdə, Bank üçüncü rübü 17 milyon manat xalis faiz gəliri ilə başa vurub. Bankın xalis mənfəəti 0.4 milyon manat təşkil edib.
Bankın istehlak və biznes kreditlərinə olan müştəri marağı öz əksini ümumi rüblük hesabatda tapmışdır. Belə ki, keçən ilin sonu ilə müqayisədə bankın ümumi kredit portfeli 25% artmış və 219 milyon manat olmuşdur, eyni zamanda cari ilin üçüncü rübündə biznes kreditləri 33% artaraq 155,5 milyon manata bərabər olmuşdur, həmçinin müştərilərin ehtiyaclarını nəzərə alaraq təklif edilən istehlak kreditləri portfeli 7% artaraq 43 milyon manat olmuşdur.
2022-ci ilin III rübünün göstəricilərinə əsasən “Yapı Kredi Bank Azərbaycan” QSC Azərbaycan Mərkəzi Bank tərəfindən müəyyən olunmuş prudensial normativləri lazımı səviyyədə yerinə yetirmişdir. Belə ki, müvafiq dövrün sonuna bankın I dərəcəli kapitalının adekvatlıq əmsalı 31%, məcmu kapitalının adekvatlıq əmsalı isə 32% olmuşdur. Bankın məcmu kapitalı 75.1 milyon manat təşkil edib. Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən minimum məcmu kapital norması 50 milyon manatdır.
Əsas səhmdarları Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət verməkdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























