Unibankın kapitalı növbəti dəfə artırılacaq
Bu il Unibankın kapitalı 29 milyon manat artacaq/2022-ci ilin sonunadək Unibankın kapitalı növbəti dəfə artırılacaq. Artımın təxminən 17 milyon manat olacağı gözlənilir.
Marja.az Banka istinadən xəbər verir ki, səhmdarların qərarı ilə həyata keçirilən kapitallaşma prosesi nəticəsində, Bankın kapitalının il ərzində ümumilikdə 29 milyon manatdan çox artırılması nəzərdə tutulub.
Bu prosesin birinci mərhələsi bu ilin avqustunda başa çatıb və Bankın nizamnamə kapitalında 12 milyon manata yaxın artım olub.
Kapitallaşma proqramı iki komponentdən ibarətdir:
-Əlavə səhm buraxılışı ilə
-Subordinasiya borcunun cəlb olunması yolu ilə
Hər iki komponent üzrə nəzərdə tutulan kapital artımının ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.
Xatırladaq ki, avqust ayında kapitallaşma prosesinn birinci mərhələsinin uğurla həyata keçirilməsi nəticəsində hazırda bankın nizamnamə kapitalı 142 milyon 586 min 357 manata çatıb.
Bankın yaydığı məlumatda qeyd edilib ki, avqust ayında uğurla yekunlaşdırılan kapitallaşma prosesi bankın davamlı inkişafını təmin edib. Maliyyə nəticələrinə əsasən, üçüncü rübün yekununda “Unibank”ın aktivlərinın həcmi ilin əvvəli ilə müqayisədə 27% artaraq, 1 milyard 319 milyon manat təşkil edib. Bu dövrdə Bankın məcmu kapitalı 122 milyon manat olub ki, bu da ilin əvvəli ilə müqayisədə 16 milyon manat çoxdur. Qeyd edək ki, sentyabrın sonuna Bankın məcmu kapitalının məbləği tələb olunan requlyativ adekvatlıq normativi məbləğindən 23.4 milyon manat artıqdır.
Kapitallaşmanın artırılması bankın uğurlu inkişafını dəstəkləmək, innovativ bankçılıq həllərinin tətbiqində liderliyi qorumaq, sahibkarlıq subyektlərinin maliyyələşmə imkanlarını artırmaq və müştərilərə yeni rəqəmsal məhsul və xidmətlərin təqdim edilməsinə xidmət edir.
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. 30 illik mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























