BOKT sektorunda xalis mənfəət 4 dəfədən çox artıb
Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatları (BOKT) 2022-ci ilin 9 ayını 23,7 milyon manat xalis mənfəət ilə başa vurublar.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, BOKT-ların xalis mənfəti 2022-ci ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 dəfə artıb. BOKT-lar 2021-ci ilin 9 ayını 5,6 milyon manat xalis mənfəət ilə bağlamışdı.
GƏLİRLƏR ARTIB
Cari ilin 9 ayında BOKT-ların cəmi faiz gəlirləri 69,2 milyon manat, qeyri-faiz gəlirləri 14 milyon manat təşkil edib. Ötən ilin 9 ayında BOKT-ların faiz gəlirləri 52,3 milyon manat, qeyri-faiz gəlirləri 9,6 milyon manat təşkil etmişdi.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
Əgər ötən ilin sentyabr ayının sonunda BOKT-ların cəmi kredit portfeli (müştərilərə verilən kreditlər) 302,4 milyon manat ikən, 30 Sentyabr 2022-ci il tarixində 404,3 milyon manata çatıb.
30 Sentyabr 2022-ci il tarixində Azərbaycanda 96 bank olmayan kredit təşkilatı fəaliyyət göstərib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




























