Sığorta haqlarının 80%-ni 5 şirkət əldə edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda toplanılmış 731 milyon 200 min manat sığorta haqqının 583 milyon 564 min manatı və yaxud 79,8%-i 5 sığorta şirkətinin payına düşüb.
Azərbaycan Mərkəzi Bankının statistikasına görə, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (310 milyon 509 min manat), "PAŞA Sığorta" (172 milyon 884 min manat), “Atəşgah Həyat Sığorta” (36 milyon 558 min manat), “Qala Sığorta” (33 milyon 423 min manat) və “Xalq Sığorta” (30 milyon 190 min manat) ASC-lərdir.
9 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə “Meqa Həyat Sığorta” (1 milyon 646 min manat), "Naxçıvan Sığorta" (1 milyon 753 min manat), “Atasığorta” (3 milyon 652 min manat), “Bakı Sığorta” (4 milyon 927 min manat) və “Günay Sığorta” (5 milyon 569 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 17 milyon 547 min manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 2,4%-i deməkdir.
Qalan 10 sığorta şirkətinin ümumi yığımları isə 130 milyon 109 min manat (17,8%) təşkil edib.
Azərbaycanda sığorta ödənişlərinin 84%-i 5 şirkətin payına düşür
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda həyata keçirilmiş 318 milyon 615 min manat sığorta ödənişinin 266 milyon 351 min manatı və yaxud 83,6%-i 5 sığorta şirkətinin payına düşüb.
Həmin şirkətlər "PAŞA Həyat Sığorta" (159 milyon 442 min manat), “PAŞA Sığorta” (53 milyon 466 min manat), “Xalq Sığorta” (19 milyon 660 min manat), “Atəşgah Həyat Sığorta” (17 milyon 114 min manat) və “Azərsığorta” (16 miylon 669 min manat) ASC-lərdir.
9 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə “Meqa Həyat Sığorta” (3 min manat), “İpək Yolu Sığorta” (141 min manat), “Xalq Həyat Sığorta” (334 min manat), “Naxçıvan Sığorta” (401 min manat) və “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” (550 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 1 milyon 427 min manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,4%-i deməkdir.
Qalan 10 sığorta şirkətinin ümumi ödənişləri isə 50 milyon 837 min manat (16%) təşkil edib.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
-
1 gün sonra
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
- 43 d. əvvəl
-
-
47 d. əvvəl
Almaniyada inflyasiya İrandakı müharibənin təsiri ilə 1,5 ilin ən yüksək səviyyəsindədir
-
53 d. əvvəl
İsrail Xəzər yaxınlığında İranın hava müdafiə sistemlərinə zərbə endirib
-
55 d. əvvəl
ABŞ-ın maliyyə naziri: "Hörmüzə nəzarəti yenidən ələ keçirəcəyik"
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
4 saat əvvəl
Rusiya və Serbiya arasında qaz müqaviləsinin müddəti 3 aylıq uzadılıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
Müharibə Avrozonada inflyasiya gözləntilərinə təsir edib
ABŞ-ın maliyyə naziri: "Hörmüzə nəzarəti yenidən ələ keçirəcəyik"
"İranda yeni və daha qəbul edilə bilən bir rejimlə ciddi danışıqlar aparırıq, böyük irəliləyiş əldə olunub"
Yaponiyada Yenə müdaxilə və faizin artırılması ehtimalı güclənib
Ən çox oxunanlar
Sabah 20 dərəcə isti olacaq - PROQNOZ
Abşeron Ticarət Mərkəzi sahibkarlara dəstək göstərəcək
İran müharibəsi restoranlara da mənfi təsir göstərir
Kofeşop dolu görünür, amma qazanc yoxdur - EKSPERTDƏN AÇIQLAMA
Tramp: İranla danışıqlar “həddindən artıq yaxşı” gedir, atəşkəs tezliklə mümkün ola bilər
Alüminium bazarında müharibə şoku




















