İlon Mask Tesla səhmlərinin bir hissəsini təxminən 4 milyard dollara satdı
Məşhur sahibkar İlon Mask elektrikli avtomobil istehsalçısı Tesla-dakı payının bir hissəsini ümumilikdə təxminən 4 milyard dollara satıb.
Marja xəbər verir ki, bu barədə "The Wall Street Journal" çərşənbə axşamı ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) daxil olan hesabatlara istinadən məlumat yayıb.
Məlumata görə, sahibkar Twitter-i aldıqdan bir həftə sonra (4-8 noyabr tarixləri arasında) ümumilikdə 3,95 milyard dollara 19,5 milyon Tesla səhmini satıb.
Noyabrın əvvəlindən etibarən birjada Tesla-nın qiymətli kağızlarının qiyməti hər səhmə görə 227 dollardan 191 dollara qədər düşüb. Reuters-in qeyd etdiyi kimi, investorlar qorxurlar ki, Twitter-i alan İlon Mask elektromobillər sahəsinə kifayət qədər diqqət yetirmir, halbuki bu seqmentdə rəqabət artmaqdadır.
2022-ci ildə İlon Mask Tesla şirkətininin cəmi 19 milyard dollarlıq qiymətli kağızlarını satıb.
Oktyabrın 27-də İlon Mask eyni adlı sosial şəbəkənin sahibi olan Twitter-i almaq üçün 44 milyard dollarlıq müqavilə bağlayıb. Mask Twitter-i aldıqdan dərhal sonra şirkət rəhbərliyinin bir sıra üzvlərini işdən çıxarıb. Daha sonra Bloomberg, sahibkarın Twitter işçilərinin təxminən yarıya qədərini ixtisar etməyi planlaşdırdığını yazıb.
Tesla Korporasiyası 2003-cü ildə Elon Musk (İlon Mask) tərəfindən təsis edilib. Onun baş ofisi Texas ştatının Ostin şəhərində yerləşir. Əvvəlcə şirkət sırf elektriklə işləyən avtomobillərin istehsalında ixtisaslaşsa da, sonradan günəş panelləri də yaratmağa başlayıb.
Maskın sərvəti, biznesmenin Twitter-i alması fonunda Teslanın səhmlərinin qiymətində baş verən dalğalanmalar səbəbindən 200 milyard dollardan aşağı düşüb.
Oktyabrın sonundan, Musk Twitter-i əldə etmək üçün sövdələşməni bağlayandan bəri Tesla səhmləri 15%-dən çox ucuzlaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 1 d. əvvəl
-
- 17 d. əvvəl
- 17 d. əvvəl
- 20 d. əvvəl
- 39 d. əvvəl
- 52 d. əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı - SON MƏBLƏĞ
-
1 saat əvvəl
SOCAR data mərkəzləri və süni intellekt sahələrinə investisiya yatırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Ən çox oxunanlar
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
“PAŞA Sığorta” mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır














.jpg)






