ABŞ-da inflyasiya "soyuyur" - MÜHÜM MƏLUMATLAR AÇIQLANDI
ABŞ-da illik inflyasiya oktyabrda son 9 ayın ən aşağı səviyyəsinə düşüb. Ölkədə ümumi istehlak qiymətləri oktyabr ayında ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz artıb. Bloomberg-in sorğusunda iştirak edən iqtisadçılar artımın 7,9 faiz olacağını gözləyirdilər.ABŞ-da inflyasiya soyumağa başlayıb.
Marja xəbər verir ki, ölkədə oktyabr ayında illik inflyasiya 7,7% təşkil edib (Ümumi qiymətlər ötən ilin oktyabr ayı ilə müqayisədə 7,7% artıb). Proqnoz 7,9 faiz idi. Beləliklə, ABŞ-da inflyasiya proqnozdan aşağı reallaşıb.
ABŞ-da illik inflyasiya oktyabrda son 9 ayın ən aşağı səviyyəsinə düşüb.
Sentyabrda illik inflyasiya 8,2 faiz təşkil etmişdi.
Oktyabr ayında aylıq inflyasiya 0,4% olaraq qeydə alınıb (qiymətlər 2022-ci ilin sentyabr ayı ilə müqayisədə oktyabrda 0,4% artıb). Proqnoz 0,6% idi.
Əsas göstəricilər də aşağı düşüb. Açıqlanan məlumatlara görə, oktyabr ayında ərzaq və enerji məhsulları istisna olmaqla aylıq inflyasiya 0,4%, illik inflyasiya 6,3% təşkil edib. Bloomberg tərəfindən sorğuya qatılan iqtisadçılar əsas göstəricilərdə məhdud azalma gözləyirdilər. Qida və enerji xaric istehlak qiymətlərində aylıq 0,5%, illik 6,5% artım gözlənilirdi.
Sentyabrda ölkədə ərzaq və enerji istisna olmaqla inflyasiya aylıq 0,6 faiz, illik müqayisədə 6,6 faiz təşkil etmişdi.
Məlumatlardan sonra riskli aktivlərdə "ralli" görülüb. Fed-in dekabr toplantısında daha yavaş faiz artıracağı gözləntiləri güclənib.
İllik inflyasiya zəifləsə də FED-in 2 faizlik hədəfinin çox üzərindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 2 d. əvvəl
-
- 18 d. əvvəl
- 18 d. əvvəl
- 21 d. əvvəl
- 40 d. əvvəl
- 53 d. əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı - SON MƏBLƏĞ
-
1 saat əvvəl
SOCAR data mərkəzləri və süni intellekt sahələrinə investisiya yatırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Ən çox oxunanlar
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
“PAŞA Sığorta” mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır






















