VTB (Azərbaycan) internet bankını yeniləyib
VTB (Azərbaycan) pərakəndə müştərilər üçün yeni internet bankı istifadəyə verib.
Yenilənmiş tətbiqə daha sürətli daxil olaraq, istifadəçilər təkmilləşdirilmiş interfeys və naviqasiya həmçinin digər yeniliklərdən yararlana bilərlər. Bu gün Azərbaycanda VTB onlayn bankının aktiv müştərilərinin sayı 10 000 nəfərə yaxındır və yeniləmə auditoriyanı 20% genişləndirəcək.
İnternet Bankın təkminləşdirilməsi iki mərhələdə keçiriləcək. Birinci mərhələdə müştərilər kartdan karta və öz hesabları arasında köçürmə, hesablara və onlar üzrə çıxarışlara baxmaq, hesablarını artırmaq, aktiv depozitləri izləmək imkanı əldə edirlər.
İkinci mərhələdə funksionala kommunal xidmətlər, mobil rabitə və internet ödənişlərinin, həmçinin valyuta mübadiləsinin əlavə edilməsi planlaşdırılır. Borcalanlar kreditləri ödəyə, o cümlədən erkən ödəməni həyata keçirə, həmçinin mövcud müqavilələr üzrə ödəniş cədvəllərinə baxa biləcəklər.
“Onlayn xidmətlər istənilən müasir bankın ürəyidir. Biz bütün məhsul və xidmətləri elə yaratmağa çalışırıq ki, onlar təkcə ofis şəbəkəsində deyil, həm də smartfonda 24/7 müştərilər üçün əlçatan olsun. İstifadəçilər yenilənmədən sonra istənilən mobil cihaza tam uyğunlaşdırılan İnternet bankına fəal şəkildə keçirlər. Gələn ilin əvvəlinə mobil proqramın bütün funksiyaları orada olacaq. Veb versiyasını smartfonunuzun ekranına əlavə etmək və yalnız bir toxunuşla açmaq olar. Bütün bunlar bizə birinci rübün sonunadək internet bankımızın auditoriyasını 20% genişləndirməyə imkan verəcək”, - deyə, VTB (Azərbaycan)-ın İdarə Heyətinin üzvü, Pərakəndə Biznesin İnkişafı Departamentinin direktoru Yevgeni Borodin bildirib.
Hazırda VTB (Azərbaycan) müştəriləri gündəlik maliyyə əməliyyatlarını həyata keçirmək üçün internet bankın həm yeni, həm də köhnə versiyasından istifadə edə bilərlər. İstifadəçilər üçün mobil proqram da mövcuddur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




























