WSJ: Amerikalılar inflyasiya səbəbindən hədiyyələr və xeyriyyəçilik xərclərini azaldıblar
Amerikalılar qarşıdan gələn bayramlar üçün daha az hədiyyə almağı, həmçinin ölkədəki inflyasiya və iqtisadi problemlər səbəbindən xeyriyyə xərclərini azaltmağı planlaşdırır.
Marja xəbər verir ki, bu barədə bazar günü “The Wall Street Journal” (WSJ) ictimai rəy sorğularına istinadən məlumat yayıb.
"Məlumatlar göstərir ki, ABŞ-da istehlakçılar və bizneslər hədiyyələr, xeyriyyə yardımları və bayram tədbirləri üçün xərcləmə planlarını azaldıblar", - nəşr qeyd edir.
Bankrate-in keçirdiyi sorğunun nəticələrinə görə, respondentlərin 84%-i bu il kupon və endirimlərə güvənməklə, daha az şey alıb daha ucuz hədiyyələr axtarmaqla pula qənaət edəcəklərini bildirib.
Deloitte konsaltinq şirkətinin ayında apardığı sorğuya görə, amerikalılar qarşıdan gələn bayramlar üçün orta hesabla doqquz hədiyyə almağı gözləyirlər ki, bu da keçən ildən yeddi hədiyyə azdır.
Qəzetin yazdığına görə, ABŞ sakinləri də xeyriyyəçilik üçün xərcləri azaldıblar. Crowdfunding (pul toplamaq üsulu) platforması Kiva 2000 amerikalı arasında sorğu keçirib və məlum olub ki, onların bir çoxu ötən illə müqayisədə xeyriyyəçilik üçün daha az pul ianə etməyi planlaşdırır. Respondentlərin 44%-i bunu vəsait çatışmazlığı ilə əlaqədar olduğunu bildirib.
2022-ci ildə ABŞ-da da istehlak qiymətləri əmək haqlarından daha sürətli artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 gün sonra
- 3 gün sonra
-
2 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 1 gün sonra
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Quşçuluq şirkətinin 30 faizlik səhm paketi 102 min manata satılıb
-
11 saat əvvəl
"Ermənistanla sülh sazişinin imzalanması üçün TRIPP üzrə öhdəliklərin tam icrası mütləqdir"
- 12 saat əvvəl
-
12 saat əvvəl
“AtaSığorta”ya satışları dayandırmaq barədə göstəriş verilib
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
İlin son ENDİRİMLİ KREDİT TƏKLİFİ!
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Rəsmi Bakı: "Rus Evi"nin ləğvi prosesi başa çatıb
Quşçuluq şirkətinin 30 faizlik səhm paketi 102 min manata satılıb
Ən çox oxunanlar
"Ermənistanla sülh sazişinin imzalanması üçün TRIPP üzrə öhdəliklərin tam icrası mütləqdir"
Çindən elektrikli avtomobillərə enerji limiti
“AtaSığorta”ya satışları dayandırmaq barədə göstəriş verilib
Siqaret qaçaqmalçılığında ittiham edilən Ruslan Eyyubov həbslə bağlı şikayətini geri götürüb
60%-dək endirimlər, hər 500 AZN-lik alış-verişə xüsusi şans!
AZAL-dan Gürcüstana səfər edənlərə tövsiyə - Bu sənəd tələb olunacaq
“AZINCLOUD” ilə öz bulud infrastrukturunu yarat!
"Şahdağ Turizm Xizək Mərkəzində 1-2 ilə trasların uzunluğu təqribən 55 kilometr olacaq"
















