Gürcüstanın mənfi ticarət saldosu 6,1 milyard dollara çatıb
Gürcüstan Milli Statistika Xidmətinin açıqladığı ilkin məlumatlara əsasən, 2022-ci ilin yanvar-oktyabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət 33,5% artaraq 15,2 milyard dollar təşkil edib.
Marja Xidmətə istinadən xəbər verir ki, hesabat dövründə ixrac 34 faiz artaraq 4,5 milyard ABŞ dolları, idxal isə 33,3 faiz artaraq 10,7 milyard ABŞ dolları təşkil edib. Mənfi ticarət saldosu 6,1 milyard ABŞ dolları təşkil edib ki, bu da xarici ticarət dövriyyəsinin 40,3 faizini təşkil edir.
2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyə 2,3 milyard dollarla Gürcüstanın ən böyük ticarət tərəfdaşları siyahısına başçılıq edib. Türkiyənin ardınca Rusiya (1,9 milyard ABŞ dolları), Çin (1,5 milyard ABŞ dolları), Azərbaycan (1,1 milyard ABŞ dolları) və ABŞ (84 milyon ABŞ dolları) yer tutublar.
İxrac baxımından Çin 607,5 milyon ABŞ dolları ilə Gürcüstanın ən böyük ticarət tərəfdaşı olub. Növbəti yerlərdə Azərbaycan (541,7 milyon ABŞ dolları), Rusiya (530,3 milyon ABŞ dolları), Ermənistan (421,5 milyon ABŞ dolları) və Türkiyədir ( 379,2 milyon ABŞ dolları).
İdxal baxımından Gürcüstanın ən böyük ticarət tərəfdaşları Türkiyə (1,9 milyard dollar), Rusiya (1,4 milyard dollar), Çin (920,9 milyon dollar), ABŞ (725,3 milyon dollar) və Azərbaycandır (515,7 milyon dollar).
2022-ci ilin yanvar-oktyabr aylarında Gürcüstanın ən çox ixrac etdiyi mallar mis filizləri və konsentratları, minik avtomobilləri, ferroərintilər, azot gübrələri, təbii üzüm şərabları, alkoqollu içkilər, mineral və şirin sulardır.
Gürcüstanın ən çox idxal etdiyi mallar avtomobilləri, neft və neft məhsullarıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 4 d. əvvəl
-
- 20 d. əvvəl
- 20 d. əvvəl
- 23 d. əvvəl
- 42 d. əvvəl
- 55 d. əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı - SON MƏBLƏĞ
-
1 saat əvvəl
SOCAR data mərkəzləri və süni intellekt sahələrinə investisiya yatırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Ən çox oxunanlar
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
“PAŞA Sığorta” mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır




















