Nazirlik: Torpaq sahəsi yeni badam bağının salınması üçün “İdeal-Biznes”ə icarəyə verilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Maşdağada zeytun bağlarının məhv edilməsi ilə bağlı rəsmi açıqlama yayıb.
Məlumatda deyilir:
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin“Qaynar xətt”inə Sabunçu rayonu Maştağa qəsəbəsinin sakini Rövşən Musayev tərəfindən Maştağa qəsəbəsində zeytun bağının yandırılaraq məhv edilməsi ilə bağlı şikayət daxil olub. Şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Əraziyə keçirilən baxış zamanı uzun müddət baxımsız qalaraq köküstə tam qurumuş zeytun və badam ağaclarının olduğu, 7 ədəd zeytun ağacının isə traktor vasitəsilə kökündən çıxarıldığı aşkar edilib.Faktla bağlı akt tərtib olunub, təqsirkarların müəyyən edilməsi və barələrində qanunamüvafiq tədbir görülməsi məqsədilə Sabunçu rayon Polis İdarəsinə məktub göndərilib.
Araşdırma zamanı müəyyən olub ki, Abşeron rayon İcra Hakimiyyətinin 21.07.2016-cı il tarixli 224 nömrəli sərəncamı ilə Abşeron rayonu Maştağa Subtropik Sovxozu ərazisində yerləşən çoxillik zeytun və badam ağaclarından ibarət 40 hektar torpaq sahəsi yeni badam bağının salınması ilə əlaqədar “İdeal-Biznes” CO MMC-yə (Xalq Bank-ın səhmdarı) 99 il müddətinə icarəyə verilib. Hər iki qurum arasında Torpaq icarəsi müqaviləsi bağlanıb.
Faktla bağlı torpaq mülkiyyətçisi Abşeron rayon İcra Hakimiyyətinə və torpaq istifadəçisi “İdeal-Biznes” CO MMC-yə məktubla müraciət edilib.
Qeyd edək ki, dünən Maştağa sakinlərinə istinadən zeytun bağlarının məhv edilməsi, ağacların kökündən çıxarılması, yandırılması barədə məlumat yayılmışdı.
© Movqe.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
12 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur














.jpg)


.jpg)


