AccessBank-ın xüsusi istiqrazları tam olaraq yerləşdirildi
20 yaşını qeyd edən AccessBank ölkədə aqrar sektorun inkişafına yönəlmiş ilk tematik istiqrazların emissiyasını reallaşdırıb.
Bankın yaydığı məlumatda bildirilir ki, noyabr ayının 29-da AccessBank-ın “Aqrar İnkişaf İstiqrazları”nın ilk emissiyasının “Açılış zəngi” baş tutub. İstiqrazlar 5 milyon ABŞ dolları həcmində, 18 ay müddətinə, illik 5.5% kupon dərəcəsi ilə emissiya edilib və tam olaraq yerləşdirilib.
“Açılış zəngi” mərasimində iştirak edən AccessBank-ın İdarə Heyəti sədrinin müavini, Baş Maliyyə Inzibatçısı Ramin Hüseynov xarici valyutada və məqsədli maliyyələşmə hədəfli bu istiqrazların emissiyasını müəyyən fasilədən sonra kapital bazarına qayıdan AccessBank üçün mühüm hadisə olduğunu qeyd edib. O, 20 illik fəaliyyəti dövründə ölkədə biznesin maliyyələşməsində, xüsusilə də mikro sahibkarların fəaliyyətinin dəstəklənməsində AccessBank-ın dəyişməz innovator və flaqman rolunu vurğulayıb.
Cənab Hüseynov həmçinin qeyd edib ki, istiqraz gəlirləri aqrar sektorda fəaliyyət göstərən mikro və kiçik sahibkarların maliyyələşdirilməsi ilə ölkənin ərzaq təhlükəsizliyinə töhfə verəcək: ”Bu məsələ həm də bankımızın maliyyə bazasını genişləndirəcək ki, bu da bizim uzunmüddətli strategiyamıza uyğundur. Həmçinin, səmərəli əməkdaşlığa görə tərəfdaş qismində çıxış edən ABB-Invest və UniCapital şirkətlərinə təşəkkür etmək istəyirəm.”
Növbəti emissiya planları ilə bağlı Ramin Hüseynov bildirib ki, özəl və institusional investorların alternativ investisiya alətlərinə marağını nəzərə alaraq, emissiya sayının artırılması məsələsinə baxılacaq.
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 15-i Bakıda, 15-i bölgələrdə olmaqla, 30 filialı fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
- 10 d. əvvəl
-
-
24 d. əvvəl
“Bank Respublika”dan Beynəlxalq Təhlükəsiz İnternet Günündə müştərilərə tövsiyələr
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
1 saat əvvəl
"Bir sıra internet oyunlarına Azərbaycanda qadağa qoyulması barədə düşünməliyik"
-
1 saat əvvəl
Sərnişinlərin fərdi qəza sığortası ilə bağlı yeni layihələr hazırlanıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət, Azərbaycanın və xalqın mənafelərinə zərər vuran biznesi investordan alacaq
-
2 saat əvvəl
Ekspertiza müddəti azalaca - "Patent haqqında" qanuna dəyişikliklər edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dövlət Statistika Komitəsinə sədr təyin edildi
2025-ci ildə bp-nin mənfəəti 16 faiz azalıb
Ən çox oxunanlar
Fevralın 11-də gözlənilən hava şəraiti
Bu həftə Rusiya Mərkəzi Bankı faiz qərarını açıqlayacaq































