“İnnoMEDİA” layihəsinin açılış mərasimi keçirilib
Medianın İnkişafı Agentliyinin təşkilatçılığı, yerli və xarici təlimçilərin iştirakı ilə “Jurnalistikada konvergensiya” və “Mediada rəqəmsal imkanlar” mövzularında 2 moduldan ibarət “İnnoMEDİA” layihəsinin açılış mərasimi keçirilib.
Agentliyin yaydığı məlumatda bildirilir ki, açılış mərasimində çıxış edən Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli bildirib ki, rəqəmsal alətlərdən istifadə edərək səmərəli ünsiyyətin qurulması, sosial medianın məlumat mənbəyi kimi aktuallaşması, rəqəmsal transformasiya, ümumilikdə isə rəqəmsal qloballaşma prosesləri fonunda dünyada müxtəlif trendlərin mövcudluğu gənclərin yeni media mühitini anlaması və bilik və bacarıqlara yiyələnməsini vacib edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində təşkil olunan proqramın ilk təlimində "ASAN Radio"nun direktoru Emin Musəvi “Ənənəvi və rəqəmsal mediada jurnalistika” mövzusunda çıxış edib. O, təlim zamanı qeyd edib ki, texnoloji təkamülün media mühitinə kompleks təsiri və ənənəvi media məzmunlarının rəqəmsal formaya inteqrasiyası medianın təsir dairəsini genişləndirmiş və bu onu ictimai platformaya çevirmişdir.
Sonda interaktiv müzakirə sessiyaları olub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Dekabrın 24-nə qədər 50 nəfərə yaxın gəncin iştirakı ilə davam edəcək “İnnoMEDİA” layihəsinin əsas məqsədi jurnalistika sahəsində yaranan yeni imkanların və mediada yeni tendensiyaların öyrənilməsi, rəqəmsal media sahəsində peşəkar vərdişlərin inkişaf etdirilməsi, şəbəkələşmə mühitinin üstünlüklərindən yararlanaraq kommunikasiya əlaqələrinin qurulması və inkişaf etdirilməsi, rəqəmsal media ekosisteminin inkişafına töhfə verilməsidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
- 11 d. əvvəl
-
- 23 d. əvvəl
-
50 d. əvvəl
ABŞ və İsrailin körpüyə hücumuna cavab - İran region ölkələrində yerləşən mühüm körpüləri vura bilər
-
1 saat əvvəl
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
-
1 saat əvvəl
Xalq Bankda əmanət yerləşdirin, 50 000 AZN qazanmaq şansı əldə edin!
-
1 saat əvvəl
Tramp: İranda geridə qalanları məhv etməyə hələ başlamamışıq
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bakı Fond Birjasının ticarət dövriyyəsində böyük azalma
Azərbaycanda taksilərin icbari sığorta xərcləri artırılır
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
Tramp: İranda geridə qalanları məhv etməyə hələ başlamamışıq
Azərbaycan neftinin qiyməti 140 dolları ötüb
Ən çox oxunanlar
Sea Breeze üçün daha bir vacib müqavilə imzalandı
Pezeşkian Əliyevə zəng edib
Rəsmi məzənnələr açıqlandı
Bakıya yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq
Expressbank 4 nominasiya üzrə mükafatlandırılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub









.jpg)








