ABŞ-ın ən böyük banklarından biri 3,7 milyard dollar cərimələnib
ABŞ-ın ən böyük banklarından biri olan Wells Fargo depozit hesablarını, habelə avtomobil və ipoteka kreditlərini düzgün idarə etməməkdə ittiham olunaraq 3,7 milyard dollar ödəməyə məhkum edilib.ABŞ İstehlakçıların Maliyyə Müdafiəsi Bürosundan (CFPB) verilən açıqlamada qeyd olunub ki, Wells Fargo istehlakçılara 2 milyard dollardan çox təzminat və qanun pozuntularına görə 1,7 milyard dollar cərimə ödəyəcək.
Marja-nın məlumatına görə, açıqlamada deyilir ki, bank 16 milyondan çox istehlakçının hesablarına təsir edən qanunsuzluqlar ilə bərabər, dəfələrlə kredit ödənişlərini səhv tətbiq edib, evlərə və qanunsuz olaraq müsadirə edilən nəqliyyat vasitələrinə ədalətsiz girov qoyulub, xidmət haqlarını və faizləri səhv hesablayıb və qəfil depozit haqları alıb.
CFPB-nin açıqlamasında bankın qeyri-qanuni əməllərinin müştərilərinə milyardlarla dollar maddi ziyan vurduğu, minlərlə müştərinin avtomobilini və evini itirdiyi xatırladılıb.
Wells Fargo açıqlamasında bildirib ki, bank CFPB ilə avtomobil kreditləri, ipoteka və istehlakçı depozit hesabları ilə bağlı məsələləri həll edəcək.
Həmçinin açıqlamada qeyd olunub ki, bank 2020-ci ildən bəri tədbirlər və təkmilləşdirmələri sürətləndirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 saat sonra
-
8 d. əvvəl
“Bakı Ağ Şəhər”də Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 12 d. əvvəl
-
-
27 d. əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 49 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
- 2 saat əvvəl
-
2 saat əvvəl
“PAŞA Holding” şəhid övladlarına bayram sovqatları çatdırıb - FOTOLAR
-
2 saat əvvəl
Birbank-la ictimai nəqliyyatda rəqəmsal ödənişlərin tətbiqi uğurla baş tutdu
-
2 saat əvvəl
Birmarket böyük lotereyanın ikinci avtomobil qalibini müəyyənləşdirdi
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“Bakı Ağ Şəhər”də Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ən çox oxunanlar
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb
Rəsmi məzənnələr açıqlandı



























