Sığorta haqlarının 79%-i 5 şirkətin payına düşür
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda toplanılmış 875,132 milyon manat sığorta haqqının 691,138 milyon manatı və yaxud 79%-i 5 sığorta şirkətinin payına düşüb.
Azərbaycan Mərkəzi Bankının statistikasına görə, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (376,003 milyon manat), "PAŞA Sığorta" (194,543 milyon manat), “Atəşgah Həyat Sığorta” (45,98 milyon manat), “Xalq Sığorta” (38,106 milyon manat) və “Qala Sığorta” (36,506 milyon manat) ASC-lərdir.
11 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə "Naxçıvan Sığorta" (2,18 milyon manat), “Meqa Həyat Sığorta” (2,202 milyon manat), “Atasığorta” (4,808 milyon manat), “Bakı Sığorta” (5,854 milyon manat) və “Günay Sığorta” (7,128 milyon manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 22,172 milyon manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 2,5%-i deməkdir.
Qalan 10 sığorta şirkətinin ümumi yığımları isə 161,822 milyon manat (18,5%) təşkil edib.
XXX
Sığorta ödənişlərinin 84%-i 5 şirkətin payına düşür
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda həyata keçirilmiş 400,953 milyon manat sığorta ödənişinin 334,71 milyon manatı və yaxud 83,5%-i 5 sığorta şirkətinin payına düşüb.
Həmin şirkətlər "PAŞA Həyat Sığorta" (200,807 milyon manat), “PAŞA Sığorta” (63,01 milyon manat), “Atəşgah Həyat Sığorta” (27,729 milyon manat), “Xalq Sığorta” (24,283 milyon manat) və “Azərsığorta” (18,881 milyon manat) ASC-lərdir.
11 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə “Meqa Həyat Sığorta” (7 min manat), “İpək Yolu Sığorta” (168 min manat), “Xalq Həyat Sığorta” (420 min manat), “Naxçıvan Sığorta” (533 min manat) və “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” (1,393 milyon manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 2,521 milyon manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,6%-i deməkdir.
Qalan 10 sığorta şirkətinin ümumi ödənişləri isə 63,722 milyon manat (15,9%) təşkil edib.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
4 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir















.jpg)





